Rəsmi xronika
Bu qayda 10 il qüvvədə olacaq - Prezident təsdiqlədi

Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə texnika, texnoloji avadanlıqlar, qurğular, xammal və materialların idxalı üzrə əlavə dəyər vergisi və gömrük rüsumundan azadolmalarla bağlı yeni hüquqi mexanizm qüvvəyə minib.
Publika.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Lisenziyalar və icazələr haqqında” Qanuna dəyişikliklərdə öz əksini tapıb.
Yenilənmiş qanuna əsasən, sənaye və texnologiyalar parklarının rezidentləri, idarəedici təşkilatları və operatorları, habelə investisiya təşviqi sənədi almış hüquqi şəxslər və fiziki şəxslər (hüquqi şəxs yaratmadan sahibkarlıqla məşğul olanlar) tərəfindən idxal edilən texnika, texnoloji avadanlıqlar və qurğular üçün tələb olunan təsdiqedici sənədlərə dair müddəalar əlavə edilib.
İndi bu hüquqdan həmçinin işğaldan azad edilmiş ərazilərdə idxalı vergi və rüsumlardan azad olunan iqtisadi fəaliyyət sahələri və mal nomenklaturaları üzrə fəaliyyət göstərən sahibkarlar da yararlana biləcəklər.
Yeni qayda 2023-cü il yanvarın 1-dən qüvvəyə minir və 2033-cü il yanvarın 1-dək tətbiq olunacaq.

-
Qoroskop00:15
Günün qoroskopu: Sizin dövrünüz başlayır!
-
İdman19 May 23:50
Əminə Əliyeva növbəti hədəfini açıqladı
-
ABŞ19 May 23:05
Putin Trampı buna görə təbrik etdi
-
Magazin119 May 22:36
Xoşqədəmin kartından pul oğurlandı - VİDEO
-
İdman19 May 22:08
VAR olmasaydı, İspaniya çempionu “Barsa” yox, bu komanda olacaqdı – FOTO
-
Magazin219 May 21:19
“Havuç” nişanlandı - Fotolar
-
Dünya19 May 21:07
Tramp Putinlə 2 saat nə danışdı? - Yeniləndi
-
İdman19 May 20:55
Berlində ara qarışdı: “Qalatasaray” azarkeşləri ilə polis arasında toqquşma