Rəsmi xronika
Prezident konqres iştirakçılarına müraciət ünvanladı

Azərbaycan Prezidenti İlham Əliyev “Bakı Ürək Günləri” IX Beynəlxalq Konqresinin iştirakçılarına müraciət ünvanlayıb.
Publika.az müraciətin mətnini təqdim edir:
Hörmətli Konqres iştirakçıları!
Sizi – Azərbaycan kardioloqlarını, kardiocərrahlarını və müxtəlif ölkələrdən respublikamızın paytaxtına gəlmiş alimləri “Bakı Ürək Günləri” IX Beynəlxalq Konqresinin öz işinə başlaması münasibətilə salamlayır, hər birinizə insanların sağlamlığı naminə nəcib fəaliyyətinizdə müvəffəqiyyətlər arzu edirəm.
Artıq ənənəvi şəkil almış Konqresin Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunması xüsusi məna daşıyır. Ulu Öndər bütün fəaliyyəti boyu ölkəmizin səhiyyə sisteminin davamlı təkmilləşdirilməsi və yüksək standartlar səviyyəsində qurulması işinə dəyərli töhfələr vermişdir. Ötən müddətdə atılan mütərəqqi addımlar sayəsində Azərbaycan səhiyyəsi nailiyyətlərlə dolu bir yol keçmişdir.
İndi ölkəmizdə təbabətin müxtəlif sahələrinin inkişafı, o cümlədən kardiologiya elminin son yeniliklərindən bəhrələnməklə ürək-damar xəstəliklərinin ən müasir cərrahi üsullarla müalicəsi üçün lazımi şərait vardır. Dünyanın məşhur ürək mərkəzlərində aparılan mürəkkəb əməliyyatların yerli mütəxəssislərimiz tərəfindən uğurla gerçəkləşdirilməsi sevindirici haldır.
Təbabətin yeni müalicə üsulları və texnologiyalarının Azərbaycanda tətbiqi baxımından bu Konqres özünəməxsus rolu ilə seçilir. Mötəbər beynəlxalq tibb qurumlarını təmsil edən tanınmış kardioloq alim və cərrahların iştirakı mühüm elmi və praktiki əhəmiyyətə malik tədbirinizin böyük nüfuzunun göstəricisidir.
Ümidvaram ki, kardiologiyanın və ürək-damar cərrahiyyəsinin aktual məsələlərinin Konqresdə geniş müzakirəsi həkimlərimizin öz xarici həmkarları ilə əlaqələrini daha da möhkəmləndirəcək, beynəlxalq təcrübədən qarşılıqlı faydalanmaqla bütövlükdə tibb elminin inkişafına xidmət edəcəkdir.

-
Sosial13:52
Nazir müəllimlərin iş saatı haqda: Bundan artıq olmaz
-
Rəsmi xronika13:32
Prezident daha bir fərman imzaladı
-
Sosial12:46
Ermənilər daha bir mahnımızı oğurladılar - VİDEO
-
Region11:16
Paşinyan Türkiyəyə nəyə gedir? - Bağlı qapılar arxasında müzakirə
-
Dünya10:54
Netanyahu orduya göstəriş verdi: Heç kimin toxunulmazlığı yoxdur, VURUN!
-
Yaxın Şərq10:00
ABŞ kəşfiyyatı məlumat yaydı: Xameneinin öldürülməsi planı…
-
Avropa09:54
Amerikalı rejissorun dəhşətli əməli: Rus qadını və körpəsini bu ölkədə vəhşicəsinə öldürdü
-
Nida Xəbər 09:12
Milyardlarla dövriyyəsi olan “SAUR” şirkətinin vitse-prezidenti Bakıda hakim qarşısında