Rəsmi xronika
Azərbaycan yeni reallıqlar şəraitində müstəqil siyasətini cəsarətlə davam etdirir - Prezident

Bu gün ədalətli dünya naminə yeni geosiyasi nizamın formalaşması dövlətlərin siyasi məsuliyyət prinsipinə əsaslanan ardıcıl və məqsədyönlü fəaliyyətindən asılıdır. Ölkələr məhz qarşılıqlı hörmət və etimada, beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan, müasir çağırışlara cavab verən səmərəli işbirliyi həyata keçirməklə bu prosesə layiqli töhfə verə bilərlər.
Publika.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin Şuşada keçirilən “Yeni dünya nizamı: geosiyasi aspektlәr və qlobal çağırışlar” mövzusunda keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciətində yer alıb.
Müraciətdə vurğulanır: “2025-ci il “Konstitusiya və Suverenlik İli” kimi Respublikamızda təntənəli şəkildə qeyd olunur. Azərbaycan milli maraqları rəhbər tutaraq, yeni reallıqlar şəraitində müstəqil siyasətini cəsarətlə davam etdirir, öz konstitusiyasına, suveren hüquqlarına əsaslanaraq sülh, əməkdaşlıq və davamlı inkişaf naminə yeni dünya nizamının fəal iştirakçısı olmağa çalışır”.

-
Qoroskop01:20
Günün ulduz falı: Romantik hisslər canlanır
-
Hadisə00:07
Gəncə-Moskva aviareysi təxirə salındı - RƏSMİ AÇIQLAMA/YENİLƏNDİ
-
İKT9 İyul 21:37
“X”də gözlənilməz istefa
-
İdman9 İyul 20:20
Ançelotti 1 il müddətinə azadlıqdan məhrum olundu
-
Ekologiya9 İyul 19:40
Əhaliyə hava ilə bağlı XƏBƏRDARLIQ
-
Nida Xəbər 9 İyul 19:30
Baş nazir qərar imzaladı
-
Rəsmi xronika9 İyul 18:10
Azərbaycan və BƏƏ prezidentlərinin görüşü oldu - Foto/Yeniləndi
-
İKT9 İyul 17:27
Süni intellekt Ərdoğanı təhqir etdi: Türkiyədə bloklandı