Rəsmi xronika
İlham Əliyev UFC-nin prezidentini qəbul etdi

İyunun 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Ultimate Fighting Championship”in (UFC) prezidenti, amerikalı sahibkar Deyna Uaytı qəbul edib.
Publika.az xəbər verir ki, Azərbaycana səfərdən məmnunluğunu ifadə edən Deyna Uayt Bakıda keçiriləcək UFC turnirinə hazırlıq işlərinin yüksək səviyyədə aparıldığını vurğuladı və göstərilən dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi.
Dövlətimizin başçısı UFC turnirinin ölkəmizdə ilk dəfə təşkil edilməsinin əhəmiyyətinə toxundu, onun davamlı olacağına ümidvarlığını bildirdi və bu tədbirin Azərbaycanın dünyada idman ölkəsi kimi daha çox tanıdılması baxımından rolunu qeyd etdi.
Söhbət zamanı Azərbaycanda idmanın bütün növlərinə göstərilən dövlət qayğısından söhbət açıldı, son illərdə idmançılarımızın dünya səviyyəli mühüm yarışlarda qazandıqları uğurlar vurğulandı, gənc nəsildə idmana həvəsin təbliğ edilməsi istiqamətində görülən işlərə toxunuldu.
Görüşdə indiyədək ölkəmizdə nüfuzlu beynəlxalq idman yarışlarının yüksək səviyyədə təşkil edilməsindən məmnunluq ifadə olundu, UFC turnirinin də bu cür keçiriləcəyinə əminlik bildirildi.

-
Dünya21:30
61 yaşlı kişi MRT-nin içinə soruldu
-
Rəsmi xronika20:20
İlham Əliyevin III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü keçirildi - YENİLƏNDİ
-
Rəsmi xronika19:55
“Bizim ərazimizdə icarədar ola bilməz” - Prezident nidanı qoydu!
-
Rəsmi xronika19:45
Prezident süni intellektdən istifadə edir? - ÖZÜ DANIŞDI
-
Cənubi Qafqaz19:00
Paşinyan Pezeşkianı Ermənistana dəvət etdi, Azərbaycanla...
-
Nida Xəbər 18:12
“Heydər Əliyev bu günü görsəydi, oğluna nə deyərdi?” sualına Prezidentdən CAVAB
-
Hadisə16:30
Azərbaycanda ata 22 yaşlı qızını döyərək öldürdü
-
Dünya15:50
Rusiya şokda: Makron cəsarətlənib, görün nə etdi