Böyrək daşını müalicə edən meyvə-tərəvəzlər hansılardır?
Bizi izləyin

Sağlamlıq

Böyrək daşını müalicə edən meyvə-tərəvəzlər hansılardır?

Təzə sıxılmış pomidor suyu böyrək daşı əmələ gəlməsinin qarşısını alır. Publika.az xəbər verir ki, Kırıkkale Universitetinin (KÜ) Tibb Fakültəsinin Urologiya kafedrasının professoru Erdal Yılmaz hesab edir ki, təzə sıxılmış pomidor suyu böyrək daşı əmələ gəlməsinin qarşısını alan sitratla zəngindir. O, açıqlamasında böyrək daşlarının müalicəsində bitki və meyvələrin dərmanlarla müqayisədə daha təsirli olduğunu bildirib:

"Ən sadə müalicə böyrək daşlarının kənardan şok dalğalar vasitəsi ilə qırılmasıdır. Daşın endoskopik metodlarla böyrəkdən çıxarılması da mümkündür. Böyrək daşlarının dərmanla müalicəsinə gəlincə, mədə xəstəliklərindən əziyyət çəkənlər həmin dərmanları qəbul etməyə bilər. Halbuki limon, portağal və qreypfrut şirəsi dərmanlara ekvivalent hesab olunur. Çünki bu meyvələr sitratın miqdarını artırır. Böyrək daşları irsi ola, ya da bəzi problemlərdən qaynaqlana bilər. Məsələn, sidikdə bəzi qoruyucu maddələr var ki, bunların ən əhəmiyyətlisi sitrat turşusudur. Sitrat azlığı böyrəkdə daş əmələ gəlməsinə yol aça bilər. Bəzi ərzaqlarda sitrat maddəsi daha çoxdur. Bununla əlaqədar aparılmış müxtəlif elmi araşdırmaların nəticəsində məlum olub ki, sitrus meyvələri bu məsələdə olduqca təsirlidir. Odur ki, xəstələrimizə bir litrlik suya bir limonu tamamilə sıxmaları və çox az şəkər tozu ilə qarışdıraraq içmələrini təklif edirik. Çünki sidik sitratının miqdarı bu limonad vasitəsi ilə artırılır. Limonla yanaşı, portağal suyu da çox effektlidir. Xəstələrin təzə sıxılmış portağal və qreypfrut şirəsi içməsi də sidikdə sitrat miqdarını artıraraq qoruyucu təsir göstərir”.

Sitrat turşusunun bəzi tərəvəzlərin də tərkibində çox olduğu müəyyənləşdirilib. Professorun sözlərinə görə, klinikada aparılan laboratoriya araşdırmasında təzə sıxılmış pomidor suyunun da sitrat miqdarını limon suyu qədər artırdığı məlum olub.

Professor adi başınağacı meyvəsinin də daş əmələ gəlməsində qoruyucu xüsusiyyətə malik olduğunu deyib.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm