Qəbizliyin təbii üsulla müalicəsi
Bizi izləyin

Sağlamlıq

Qəbizliyin təbii üsulla müalicəsi

Ramazan ayında oruc tutan insanların tez-tez qarşılaşdıqları qəbizlik problemindən təbiətin bəxş etdiyi şəfalı bitkilər vasitəsilə xilas olmaq mümkündür.

Publika.az qəbizliyi qısa müddətdə müalicə edən resepti təqdim edir:

Tərkibi:

Yarım çay qaşığı çörəkotu,

Yarım çay qaşığı zeytun yağı,

Yarım çay qaşığı kətan toxumu,

Yarım çay qaşığı şia (chia) toxumu

1 ədəd doğranmış qaysı

1 ədəd doğranmış əncir qurusu

Hazırlanması:

Bütün məhsulları bir kasaya töküb qarışdırın. Hər səhər ac qarnına 1 çay qaşığı yeyin. Üstündən 2 stəkan su için. Səhər yeməyinizi yeyin.

Qeyd edək ki, bu qarışıqdan 1 həftədən artıq istifadə etmək olmaz.

Əgər qəbizlik probleminiz düzgün qidalanmamaqdan qaynaqlanıbsa, bu təbii qarışıq bir həftə ərzində həzm sisteminizin fəaliyyətini gücləndirərək qəbizliyi müalicə edəcək. Əgər 1 həftə keçməsinə baxmayaraq qəbizlik probleminiz həll olunmayıbsa, dərhal həkimə müraciət edin.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm