Alimlərin gəncliklə bağlı araşdırmaları nə deyir?
Bizi izləyin

Sağlamlıq

Alimlərin gəncliklə bağlı araşdırmaları nə deyir?

Alimlər bəzi insanların qocalmamasının, ya da olduğundan çox gənc görünməsinin səbəblərini araşdırıblar. Publika.az xəbər verir ki, araşdırma nəticəsində 38 yaşlı bəzi insanların 20, bəzilərinin isə 60 yaşında göründüyü məlum olub.

Publika.az “Amerikanın Səsi” Radiosuna istinadən xəbər verir ki, ABŞ, İngiltərə, İsrail və Yeni Zenlandiyadan olan tədqiqatçılar insanlarda qocalma sürətini tədqiq edib.

Araşdırmada 26 yaşında olan 1000 nəfərin qan damarlarındakı uyğunluq, böyrək və qaraciyər funksiyaları, metabolizm və immunitet sistemlərinin səviyyəsi və bioloji xüsusiyyətləri araşdırılıb. Araşdırmaya qatılanlar 32 və 38 yaşlarına çatanda eyni təhlillər yenidən aparılıb. Əvvəlki analizlərlə yeniləri müqayisə edilib və ortaya çıxan faktlar əsasında hər bir insanın qocalma sürətini ortaya qoyan hesablamalar aparılıb.

Məlum olub ki, 38 yaşındakı bəzi adamlar hələ də 20 yaşındakı kimi gənc qalıb. Bəzilərinin isə 60 yaşlı bir şəxsin bədəninə bənzədiyi ortaya çıxıb.

Tədqiqatçılar daha sonra universitet tələbələrindən iştirakçıların şəkillərinə baxmalarını istəyib. Şəkillərə baxan tələbələr şəkillərdəki bəzi insanların həqiqi yaşlarından ya daha gənc, ya da daha yaşlı olduğunu deyiblər.

ABŞ-ın Duke Mərkəzinin mütəxəssisi insanların qocalma sürətini gənc yaşlarından müəyyən etməyin mümkünlüyünü söyləyib.

O, "Həyatınızın ən yaxşı, ən sağlam vaxtında dəyişikliyin fərqinə varmadığınızı güman edirdik. Ancaq araşdırmalarımızda bunun belə olmadığını müəyyən etdik. İkinci bir sürpriz də araşdırmaya qatılanların bir çoxunda gördüyümüz dəyişiklik fərqi oldu. Bəziləri çox yavaş qocalarkən, bəzilərinin çox sürətli yaşlandığını müşahidə etdik".

Xatırladaq ki, ötən il Nebahat Çehrə ilə doktor Canan Karatayın arasında cəmi bir il yaş fərqi olmasına baxmayaraq, birinin yaşlı, digərinin isə gənc olması internetdə müzakirəyə səbəb olmuşdu.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm