Dişlərin çürüməsinin qarşısını alan 8 qayda
Bizi izləyin

Sağlamlıq

Dişlərin çürüməsinin qarşısını alan 8 qayda

Çürük dişlər orqanizm üçün əsl təhlükədir. Çünki xəstə diş mədə başda olmaqla bir çox orqana zərər verir. Çürümüş dişlər hətta ürək-damar xəstəliklərinə, revmatizmə, qastritə, böyrək və qaraciyər problemlərinə səbəb ola bilər. Ona görə də, ağız boşluğu və diş təmizliyinə önəm vermək lazımdır.

İnsanlar dişləri ağrıyanda həkimə gedirlər. Bu, çox yanlışdır. Mütəxəssislər heç bir problem olmasa belə, 2 ildən bir mütləq diş müayinəsindən keçməyi məsləhət görürlər. Dişdəki ən kiçik kariyes və çürümə zamanı həkimə müraciət edib problemi aradan qaldırmaq lazımdır. Həmçinin, dişlərin sağlamlığını qorumaq üçün müəyyən qaydalara əməl olunmalıdır.

Publika.az dişlərin çürüməsinin qarşısını alan 10 əsas qaydanı təqdim edir:

1.Dişlərinizi səhər və axşam fırçalayın. Diş ipindən və ağız yaxalayıcılarından istifadə edin.

2.Sağlam qidalanın. Bu diş sağlamlığını qorumağın ən yaxşı üsuludur. Orqanizm üçün lazımlı olan bütün vitamin və mineralları qəbul etsəniz, dişləriniz vaxtsız çürüməz.

3.Fındıq, qoz kimi çərəzləri dişinizlə qırmayın.

4.Kök və alma yeyin. Bu qidalar liflə zəngin olduğu üçün dişləri təmizləyir.

5.Şirniyyat, şokolad, lokum kimi qidaları yedikdən sonra mütləq dişlərinizi fırçalayın. Əgər buna imkan yoxdursa, su ilə qarqara edin.

6.Şəkərsiz saqqız çeynəyin.

7.Qazlı içkilərin əvəzinə, təbii meyvə şirələri için.

8.İldə bir dəfə diş həkiminə müraciət edərək dişlərinizi florla gücləndirin. Flor dişlərin minerallaşmasında iştirak edir və diş çürüklərinin qarşısını alır.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm