Sağlamlıq
Yuxu rejiminin pozulması xərçəng riskini artırır
Alimlər laborator şəraitdə təcrübədən keçirilən siçanlarda yuxu rejiminin pozulması ilə süd vəzi xərçənginin inkişafı arasında birbaşa əlaqə müəyyən ediblər.
Publika.az xəbər verir ki, "Current Biology" nəşrində dərc edilmiş tədqiqatın nəticələrinə əsaslanan həkimlər, iş rejiminə görə gecələr oyaq qalan qadınlarda süd vəzi xərçəngi riskinin arta biləcəyinə diqqəti cəlb ediblər.
Alimlər siçan üzrəndə aparılmış tədqiqatın nəticələrini insan üzərində də yoxlamaq fikrindədirlər. Onlar bəri başdan qadınlara növbəli iş rejimini nəzərdə tutan peşə fəaliyyətindən uzaq durmağı məsləhət görürlər.
Elmi dərgidə dərc olunan hesabatda qeyd olunduğu kimi, yuxu rejiminin pozulması kökəlməyə və xərçəngə tutulmağa səbəb ola bilər.
Belə ki, eyni miqdarda qida qəbul edən siçanlar arasında yuxuları pozulan siçanların çəkisi normadan 20 faiz artıq olub.
İnsanlar üzərində aparılmış tibbi müşahidələr bioloji ritmin pozulmasından əziyyət çəkən qadınlarda süd vəzi xərçənginin yaranması ehtimalının daha yuksək olduğunu aşkar edib.
Alimlər qeyd edir ki, belə bir qanunayuğunluq, sərnişin təyyarələrinin uçuş heyətlərinin qadın əməkdaşlarında müşahidə olunub.
-
İdman17:06
"Qarabağ"ı yıxan futbolçu İstanbul nəhənginin hədəfində
-
Sosial16:36
Güclü külək əsəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
-
Magazin116:11
Zülfiyyə Aşıq Tellini biabır etdi: “Restoranda yeyir, sonra da...”
-
Sağlamlıq15:41
Marketlərdə satılan bu yuyucu tozlar XƏRÇƏNG YARADIR
-
Nida Xəbər 15:11
Təsdiqləndi: Bu şəxslərin MAAŞI ARTIRILDI - MƏBLƏĞLƏR
-
Dünya14:08
Makronla Silvanın romantik pozaları gündəmi silkələdi - FOTO
-
Sosial13:47
Bu şəxslər pensiyaya 5 il erkən çıxacaq
-
Yaxın Şərq13:16
Mahmud Abbas ermənini nazir təyin etdi - FOTO