Ağciyər xərçəngi riskini azaldan tərəvəz
Bizi izləyin

Sağlamlıq

Ağciyər xərçəngi riskini azaldan tərəvəz

Aparılan son araşdırmalar sarımsağın ağciyər xərçənginə yaxalanmaq riskini azaltdığını ortaya çıxarıb.

Çinli alimlərin apardıqları araşdırma qoxusu səbəbilə bir çox insanın yeməkdən çəkindiyi sarımsağın xərçəngin çarəsi ola biləcəyini göstərib. Tədqiqatlar zamanı həftədə iki dəfə bir diş sarımsaq yeyənlərdə ağciyər xərçəngi riskinin 50 faiz azaldığı sübut edilib.

Alimlər qeyd ediblər ki, tərəvəzin bu xüsusiyyətindən yararlanmaq üçün onu çiy yemək lazımdır. Qızardılaraq yeməklərə əlavə edilən sarımsaq öz möcüzəvi xüsusiyyətini itirir və xərçəngə qarşı mübarizə apara bilmir.

Buna səbəb bişmiş sarımsaqda xərçəngin ən böyük düşməni hesab edilən “allicin” maddəsinin azalmasıdır.

Mütəxəssislər bir diş sarımsağı bir stəkan qatıq və 4-5 damcı limon şirəsi ilə qarışdırıb yeməyi məsləhət görürlər. Hətta qəlyanaltı zamanı bu sarımsaqlı qatığı bütöv dənli undan hazırlanmış 1 dilim çörəyin üzərinə çəkib yeyə bilərsiniz.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm