Yaddaşsızlıqdan şikayət edənlər bu tərəvəzdən yesin
Bizi izləyin

Sağlamlıq

Yaddaşsızlıqdan şikayət edənlər bu tərəvəzdən yesin

Araşdırmalar beynin yaşlanmasından qaynaqlanan yaddaş pozğunluğu və alzeymer kimi xəstəliklərin qarşısını göbələk yeyərək almağın mümkün olduğunu göstərib.

Nüfuzlu jurnallardan biri olan “Neurology”də yayımlanan araşdırma nəticələrinə görə, beyin yaşlanmasının qarşısını alan ən təsirli vasitə D vitaminidir. D vitamini çatışmazlığı olan insanlarda orta yaş həddini keçdikdən sonra yaddaş pozğunluqları və alzeymerə yaxalanma riski 53 faizədək artır.

Mütəxəssislər bildirirlər ki, günəş vasitəsilə D vitamini almaq ən yaxşı variantdır. Ancaq orqanizmi qidalar vasitəsilə də D vitamini ilə təmin etmək mümkündür. Bu baxımdan ən təsirli qida isə göbələkdir. Çünki göbələk D vitamini ilə ən zəngin qidadır.

Göbələklə yanaşı D vitamini ehtiva edən nadir qidalardan biri olan balıq da menyuya daxil edilməlidir.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm