Sağlamlıq
Yüksək təzyiq problemini aradan qaldıran təbii üsul
Hər yaş qrupu üçün faydalı olan süd yüksək təzyiq problemini də nəzarət altında saxlayır. İstehlak edilən süd və süd məhsullarının tərkibində kalsiumun miqdarının az olması arterial qan təzyiqini artıraraq hipertoniyaya səbəb olur. Bu səbəbdən kalsium istehlakının artırılması lazımdır. Kalsium və fosfor baxımından ən zəngin qidalar isə süd və süd məhsullarıdır.
Publika.az-ın sağlamlıq bölməsi Türkiyə mətbuatına istinadən xəbər verir ki, diyetoloq və professor Nəriman İnanc südün ürək sağlamlığına birbaşa müsbət təsir etdiyi qənaətindədir.
Mütəxəssis yüksək təzyiqi nəzarət altında saxlamaq üçün gündə iki stəkan süd içmək lazım olduğunu vurğulayıb.
Uşaqlıqdan mütəmadi olaraq süd içmək yaşlandıqca ortaya çıxan ürək xəstəliklərinin qarşısının alınmasında da təsirlidir.
Mütəxəssis südün içərisində qan təzyiqini normaya salan zülal, kalsium, fosfor kimi qida elementlərinin olduğunu vurğulayıb. İnancın fikrincə, südün bu xüsusiyyəti təzyiqi normal səviyyədə saxlayaraq ürək xəstəlikləri riskini azaldır.
Diyetoloq "Hər gün süd içərək ürəyin yükünü artıran və damarlara ziyan vuran hipertoniyanı aradan qaldırmaq mümkündür. Hipertoniya, xüsusilə ürək, böyrək, göz və beyinə qan aparan damarlarda zədə əmələ gəlməsinə səbəb olur. Təzyiq xəstələri başda olmaqla yaşından asılı olmayaraq, hər kəs mütəmadi olaraq 2 stəkan süd içməlidir. Bu, təzyiqi normaya salır”, – deyib.
Fidan
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR