Sağlamlıq
Döş xərçənginin müalicəsində narıncı meyvələrin əhəmiyyəti

Türkiyəli professor Cağatay Erden Daphan döş xərçənginin qarşısını almaq üçün daha çox meyvə və tərəvəz yeməyi tövsiyə edir. Təzə meyvə və tərəvəz yemək sadəcə, döş xərçəngi üçün deyil, xüsusilə mədə və bağırsaq xərçəngləri üçün də son dərəcə faydalıdır. Onun sözlərinə görə, bu qidalarda olan lif və antioksidant bədəni bir çox xəstəliklərdən müdafiə edir.
Qırmızı, narıncı meyvə və tərəvəz istehlakının əhəmiyyəti
Daphan “Aparılan araşdırmalarda xüsusilə narıncı meyvə və tərəvəzlərdə olan "karotenoid" adlanan maddənin siqaret çəkən və ya çox kök qadınlarda döş xərçəngi riskini azaltdığı məlum olub. Odur ki, karotenoidin qanda daha yüksək səviyyədə olduğu qadınlarda döş xərçəngi risk aşağı düşür".
Qeyd edək ki, həmin maddə ən çox kök, şirin kartof və balqabaqda var.
Mütəxəssis "Pomidor, qreypfrut, qarpız, itburnu, turp və digər qırmızı rəngli qidaların ehtiva etdikləri likopen maddəsi də orqanizmi xərçəngin bir çox növündən qoruyur. Likopen prostat vəzinin xərçəngi, həzm sistemi, döş, dəri xərçəngi xəstəliklərinə yaxalanma riskini 30-40 faiz azaltmağa qadirdir” - deyib.
O bildirib ki, yüksək döş xərçəngi riskinə malik qadınların qırmızı və narıncı meyvələrə üstünlük verməsi xərçəngə yaxalanma riskini tamamilə azaltdığı araşdırmalarda dəfələrlə öz təsdiqini tapıb.
Aytən

-
Qoroskop00:30
Günün ULDUZ FALI: narazılıq münaqişəyə səbəb ola bilər
-
Art16 Avqust 23:10
Azərbaycanın məşhur aktrisası VƏFAT ETDİ - FOTO
-
Sosial16 Avqust 22:24
Azərbaycanda ət bahalaşdı - VİDEO
-
Nida Xəbər 16 Avqust 21:48
Azərbaycan Ordusunun təcili müdaxiləsi zəruridir - Ekspert
-
Dünya16 Avqust 21:12
Quterreş və Ərdoğan Ukraynaya gedir
-
İdman16 Avqust 20:36
İslamiada: Azərbaycan üzgüçülükdə ilk qızıl medalını qazandı
-
Sosial16 Avqust 20:24
Ukraynada azərbaycanlı tələbə İTKİN DÜŞDÜ - FOTO
-
Cənubi Qafqaz16 Avqust 20:12
Ermənistanda matəm elan edildi