Sağlamlıq
Televizora baxmaq alzaymer riskini artırır?
.jpg?v1656841142)
ABŞ-da aparılan araşdırmalara görə, televizor izləmək beyinə mənfi təsir edir və alzaymer riskini artırır.
Araşdırmada iştirak edən alimlər bildirirlər ki, hər gün 4 saatdan çox televizora baxan insanların alzaymerə yaxalanmaq riski çox yüksəkdir. Araşdırmada mindən çox insan iştirak edib. Onların gündəlik həyatları düz 25 il boyunca alimlər tərəfindən müşahidə edilib. Nəticədə məlum olub ki, televizor hər bir şəxsin beyin hüceyrələrinə pis təsir etsə də, uşaq və gənclər üçün daha çox təhlükə ehtiva edir.
Araşdırmanı aparan elm adamları, sadəcə, televizor izləyən insanların deyil, elektriklə işləyən əşyalardan asılı olan hər kəsin təhlükə altında olduğunu vurğulayıblar.
Alimlər bu təhlükənin qarşısını almaq üçün daha az televizor izləməyi, kompüter qarşısında çox oturmamağı, idmanla məşğul olmağı və krossvord həll etməyi məsləhət görürlər.
Ləman Sultan

-
Sosial09:46
DİN polisin ölümü ilə bağlı açıqlama yaydı - FOTO - (YENİLƏNDİ)
-
Qoroskop00:15
Günün ULDUZ FALI: maliyyə stabilliyi hər an pozula bilər
-
Avropa00:00
Ukrayna Ordusu daha bir yaşayış məntəqəsini AZAD ETDİ
-
MDB2 İyul 23:00
Qaraqalpaqıstanda fövqəladə vəziyyət elan edildi
-
Region2 İyul 21:13
Qaydaları pozan rus həkim Ankarada SAXLANILDI
-
Avropa2 İyul 19:36
Parisdə ETİRAZ DALĞASI: onlarla reys təxirə salındı
-
Magazin12 İyul 18:36
Fatimədən İRAD: "Mənim heç yerim sallanmır" - VİDEO
-
Sosial2 İyul 17:58
Azərbaycan və Türkiyə birgə hərbi təlim keçirdi