Sağlamlıq
Bu qidalar insanın yaradıcılıq qabiliyyətini artırır
Publika.az-ın sağlamlıq bölməsi beyin funksiyalarını gücləndirən, zehni inkişaf etdirən qidaların siyahısını təqdim edir.
Kinoa
Kinoa orqanizm üçün son dərəcədə faydalı qidadır. O tərkibindəki protein sayəsində insanı gün ərzində gümrah saxlayır. Bədənə enerji verdiyi üçün yorğunluğu aradan qaldırır. Səhərlər beyninizin ehtiyacı olan bir kasa kinoa yesəniz, daha yaradıcı ola bilərsiniz.
Çia çəyirdəyi
Bu kiçik qara çəyirdəklər əsl vitamin anbarıdır. Eyni zamanda bəyin funksiyalarını gücləndirməkdə çox önəmli rol oynayır.
Çiyələk, moruq, qarağat
Hər biri ayrı-ayrılıqda güclü antioksidant təsirə malik olan bu giləmeyvələr yaddaşı möhkəmləndirir.
Yumurta
Yumurta beyin inkişafı üçün əvəzolunmaz qidadır. Yəni, nə qədər çox yesəniz, yaradıcılıq qabiliyyətiniz bir o qədər çox artar.
Toyuq
Toyuqda diqqət pozğunluğunu aradan qaldıran amino turşuları və protein var.
Qara şokolad
Qara şokolad qan dövranını sürətləndirib, yorğunluqla mübarizə aparır və beyni daim oyaq saxlayır. Bu xüsusiyyətlərinə görə, yaradıcı insanlara qara şokolad yemək tövsiyə olunur.
Su
Beynin 80 faizinin sudan ibarət olduğunu düşünsək, onu susuz saxlamağın nə demək olduğunu özünüz düşünün.
Ginseng bitkisi
Bu bitkinin beynin qan dövranını sürətləndirdiyi araşdırmalarda sübut olunub. Çayınıza töküb içdikdə yaradıcılıq qabiliyyətini artıra bilərsiniz.
Fındıq əzməsi
Fındığın tərkibindəki yağlar beyin funksiyalarına təsir göstərir. Fındıq əzməsi yüksək kalorili olduğu üçün bir-iki çay qaşığından artıq yemək məsləhət deyil.
Aytən
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!