Nazirlik müayinə müddətini artırdı
Bizi izləyin

Sağlamlıq

Nazirlik müayinə müddətini artırdı

Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzi müəssisə və təşkilatlardan daxil olan müraciətləri nəzərə alaraq 3-10 avqust tarixlərində keçirdiyi “İİV-ə testləşmə milli həftəsi”nin müddətini uzadıb.

Nazirlikdən Publika.az-a verilən məlumata görə, İİV-ə testləşmə milli kampaniyası avqust ayının sonuna qədər davam edəcək, bütün müraciət edən müəssisə və təşkilatlarda müayinələr keçiriləcək. Məlum olduğu kimi, Respublika QİÇS-lə Mübarizə Mərkəzi 2013-cü ildə qoşulduğu “İİV-ə testləşmə Avropa həftəsi”nin (European testing week) müsbət təcrübə və nəticələrinə əsaslanaraq bu ilin 3-10 avqust tarixlərini “İİV-ə testləşmə milli həftəsi” elan edib.

İİV-ə testləşmə milli kampaniyası çərçivəsində bir sıra emal, istehsalat və xidmət müəssisələrində İİV-ə (İnsanın İmmunçatışmazlığı Virusuna) müayinə aksiyaları keçirilir. Təşəbbüs çərçivəsində Respublika QİÇS-lə Mübarizə Mərkəzinin həkimlərindən ibarət briqada müəsisələrin işçilərini könüllü müayinə edir, onlara İİV infeksiyası və ondan qorunma üsulları barədə məsləhətlər verir, sağlam və təhlükəsiz həyat tərzi normaları barədə broşür və digər informasiya materialları paylayırlar.

İİV-ə müayinə ekspress-test metodu ilə aparılır. İİV infeksiyası diaqnostikasının ən sadə metodu sayılan bu müayinə zamanı heç bir avadanlıq tətbiq etmədən, barmaqdan qan nümunəsi götürülməklə testin nəticələri 10 dəqiqə müddətində müayinədən keçənlərə bildirilir.

“İİV-ə testləşmə milli həftəsi” BMT-nin İİV/QİÇS üzrə birləşmiş proqramı olan UNAIDS təşkilatının 2013-cü ildə elan etdiyi “Sıfır – İİV-ə yeni yoluxmalar, Sıflr – İİV-lə bağlı damğalanma halları, Sıfır – İİV/QİÇS-dən ölum halları” strategiyası əsasında keçirilir. Azərbaycanda ənənəvi olaraq Avropa həftəliyinin yüksək səviyyədə keçirilməsi və geniş miqyaslı profilaktik tədbirlərin səmərəliyi, 20-dən çox beynalxalq təşkilatı özündə birləşdirən “HIV in Europe” təşkilatı tərəfindən xüsusi vurğulanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm