Sağlamlıq
Tez-tez baş verən qanaxmaların səbəbləri
Normal menstruasiyanın əsas əlaməti onun mütəmadi və vaxtlı-vaxtında olmasıdır. Aybaşı gözlənilən tarixdən 10 gün və daha çox olmaqla tez və ya gec baş verərsə, mütləq həkim-ginekoloqa müraciət etmək məsləhət görülür. Çünki tsiklin bu şəkildə pozulması ciddi patologiyadan xəbər verir.
Qanaxmalar müxtəlif səbəblərdən - hormonal pozğunluq, xərçəng, iltihab və ya infeksiyanın əlaməti ola bilər. Odur ki, belə hallarla qarşılaşdıqda hansı səbəbdən baş verdiyini öyrənmək üçün dərhal həkimə müraciət edin.
Uşaqlıq ağzı xərçəngi bütün dünyada qadınlar arasında ən çox görünən xərçəng növlərindən biridir. Uşaqlıq ağzı xərçəngində qanaxma baş verməsinin əsas səbəbi xərçəngin toxumalara yayılması və kapilyar damarlarını çatlatmasıdır. Bu cür qanaxmalar menstruasiya dövrü xaricində, seks əsnasında, ginekoloji müayinələrdən və klimaksdan sonra da yaşanır.
Ümumiyyətlə, hormon dəyişiklikləri və pozğunluqları yaşayan hər qadında qanaxma ola bilər. Bu, yetkinlik dövründə, yeni doğmuş, həddindən artıq stress keçirən qadınlarda da rast gəlinə bilər. Əgər bu vəziyyət yalnız bir, ya da iki dəfə yaşanırsa, çox təhlükəli olmaya bilər. Amma hər ay təkrarlanarsa, təcili həkimə getməlisiniz.
Doğuş zamanı və doğuşdan sonra bütün qadınlar qan itirir. Bu normal fizioloji prosesdir. Doğuş zamanı cift uşaqlığın divarından qopur, ciftin damarları yırtılır və bu, qanaxmaya səbəb olur. Hamiləlik zamanı qadın orqanizmi özünü qan itkisinə hazırlayır - qadın orqanizmində olan qanın miqdarı, demək olar, 2 dəfə artır. Bu səbəbdən doğuş zamanı və doğuşdan sonrakı qan itkisi qadının sağlamlığına heç bir ciddi təsir etmir. Lakin doğuşdan bir müddət keçdikdən sonra qanaxmalar yenə davam edərsə, o halda səbəblərini öyrənmək üçün ginekoloqa getməlisiniz.
Fidan

-
Magazin122:10
Leyla Mustafayevanın evinə düşən daşın meteorit olduğu təsdiqləndi - Foto
-
Nəqliyyat21:40
Bakının bu yollarında tıxac yarandı - Foto
-
Kriminal21:24
Arayikgilin məhkəməsi davam etdirildi - Fotolar
-
Elm və təhsil20:55
Rektorun istefa verməsinin səbəbi bilindi - Universitetdən AÇIQLAMA - YENİLƏNDİ
-
Sosial18:30
Bələdiyyə seçkisində ən çox səs topladı, bir gün sonra vəfat etdi - Foto
-
Nida Xəbər 18:15
MSK bələdiyyə seçkilərinə yekun vurdu - Yeniləndi
-
Rəsmi xronika16:20
İlham Əliyev sərəncam imzaladı
-
ABŞ14:46
ABŞ Rusiyanı hədələdi: Şərtləri qəbul etməsəniz, vuracağıq