Sağlamlıq
Bu içki kişilərdə sonsuzluq yaradır
Kola hər kəsin sevdiyi qazlı içki növüdür. Türkiyəli ginekoloq Hakan Çoksüər isə kolanın kişilərdə sonsuzluğa səbəb olduğunu iddia edir. Onun sözlərinə görə, həddindən artıq kola içmək sperma sayını və keyfiyyətini aşağı salaraq sonsuzluğa gətirib çıxarır.
Publika.az Türkiyə mətbuatına istinadən ginekoloqun açıqlamalarını təqdim edir:
“Dünyada kolanın zərərləri ilə bağlı dəfələrlə araşdırma aparılıb. Son tədqiqatda isə kolanın kişilərin sperma keyfiyyətini aşağı saldığı müəyyən olunub.
Cənubi Danimarka Universitetinin alimləri 2 min 500 kişi üzərində tədqiqat aparıblar. Onlardan alınan sperma nümunələrinin analizi göstərib ki, həddindən artıq kola istehlakı sperma keyfiyyətini azaldır.
Tədqiqatda gündə bir litrdən artıq kola içən kişilərin çox aşağı sperma dəyərlərinə sahib olduğu müşahidə edilib. Kola kişilərdə testosteron hormon tarazlığını pozaraq sperma sayını və hərəkətini əhəmiyyətli dərəcədə azaldır. Bu da kişilərdə çoxalma funksiyalarına ciddi təsir göstərir.
Kolanın tərkibində şəkərin çox olması kökəlmə ilə nəticələnir. Aparılan araşdırmada kök kişilərdə sperma sayının normal çəkili kişilərə nisbətən 15 faiz daha az olduğu müəyyən olunub. Kök kişilərdə sperma sayının azalması da qadının hamilə qalma şansını azaldır.
Kolanın tərkibindəki qlükoza siropu ürəyin yaxşı işləməsinə mane olur, həmçinin, yüksək xolesterin və təzyiqlə bağlı problemlərə yol açır. Bundan başqa, böyrək, sümük xəstəliyi və diş problemlərinin yaranmasına təkan verir. Odur ki, sağlamlığınızı təhlükəyə atmaq istmirsinizsə, sərinləmək üçün kola əvəzinə soyuq ayran və ya suya üstünlük verin”.
Fidan

-
Dünya16:42
Rusiya və ABŞ bu məsələdə razılaşdı - TƏCİLİ
-
Magazin116:36
Tolik Röyadan yazdı: “Çuşka yığını...” - VİDEO
-
İKT16:18
Fırıldaqçıların tələsinə düşməmək üçün telefondan bu proqramları silin!
-
Rəsmi xronika16:01
İlham Əliyev “Ağdam Residence” yaşayış kompleksində yaradılan şəraitlə tanış oldu - YENİLƏNDİ
-
Nida Xəbər 15:36
Akif Qurbanov “Toplum TV”nin fəaliyyətinə birbaşa rəhbərlik edib
-
Dünya14:36
"Uşaq masası": Ukrayna danışıqlarında Avropanın yeri - Almaniyadan ŞƏRH
-
İdman12:26
DÇ-2022-nin ən seksual azarkeşi indi də bu şəhəri fəth edir - FOTOLAR
-
Rəsmi xronika12:04
İlham Əliyev yenidən MOK-un prezidenti seçildi