Sağlamlıq
Cökə çayının inanılmaz faydaları
Payız aylarında səhhətimizi qorumaq üçün bizə ən çox kömək edən təbii vasitə cökə çayıdır. Demək olar ki, hamı cökə çayının soyuqdəyməyə qarşı təsirli olduğunu bilir.
Bəs cökə çayının digər faydalarından da xəbərdarsınızmı?
Publika.az bu möcüzəvi çayın orqanizmə faydalarını araşdırıb:
Cökə çayı qədim zamanlardan bəri xalq təbabətində geniş istifadə edilib. Cökə ağacının çiçəklərinin qurudulub dəmlənməsi nəticəsində əldə edilən bu çay qrip və öskürək zamanı kömək edir. Cökə əsəbləri sakitləşdirir. Həzm sisteminə yaxşı təsir edir. Stressi azaldır. Yuxu gətirir. Gecələr yatmazdan öncə içdikdə daha rahat və dərin yuxu vəd edir.
Cökənin tərkibində “quercetin” adlı maddə var ki, onun ən önəmli xüsusiyyəti xərçəng hüceyrələrinin böyüməsinə mane olmasıdır. Cökənin tərkibindəki güclü antioksidant olan “flavonoid”lər isə iltihabı aradan qaldırır, toksinlərin orqanizmdən atılmasını təmin edir. Bu isə orqanizmin həm xərçəngdən, həm də xroniki xəstəliklərdən qorunması deməkdir.
Bəs cökə çayını necə hazırlamaq lazımdır?
Cökə çiçəyi, demək olar ki, bütün marketlərdə satılır. Açıqda satılanlar məsləhət deyil. Bir stəkan qaynar suyun içərisinə bir çay qaşığı cökə çiçəyi töküb dəmlənməsini gözləyin. 15-20 dəqiqə dəmlənməlidir. Gündə üç dəfə içə bilərisiniz.
Qeyd edək ki, çiçəklərə qarşı allergiyası olanlara cökə çayı içmək tövsiyə edilmir.
Ləman Sultan
-
İdman17:06
"Qarabağ"ı yıxan futbolçu İstanbul nəhənginin hədəfində
-
Sosial16:36
Güclü külək əsəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
-
Magazin116:11
Zülfiyyə Aşıq Tellini biabır etdi: “Restoranda yeyir, sonra da...”
-
Sağlamlıq15:41
Marketlərdə satılan bu yuyucu tozlar XƏRÇƏNG YARADIR
-
Nida Xəbər 15:11
Təsdiqləndi: Bu şəxslərin MAAŞI ARTIRILDI - MƏBLƏĞLƏR
-
Dünya14:08
Makronla Silvanın romantik pozaları gündəmi silkələdi - FOTO
-
Sosial13:47
Bu şəxslər pensiyaya 5 il erkən çıxacaq
-
Yaxın Şərq13:16
Mahmud Abbas ermənini nazir təyin etdi - FOTO