5 aylıq əkizləri bir-birindən ayırdılar
Bizi izləyin

Sağlamlıq

5 aylıq əkizləri bir-birindən ayırdılar

Almaniyanın Köln şəhərinin klinikalarının birində siam əkizləri üzərində ilk dəfə maraqlı və riskli cərrahiyyə əməliyyatı həyata keçirilib.

Siam əkizləri əslən Gürcüstandan olan Tamari və Tebrole bacılarıdır.

Tibbi personalın işini siam bacılarına ayrı-ayrılıqda narkoz verilməsi xüsusilə çətinləşdirib. Döş və qarın nahiyəsindən bitişik və bir qara ciyərə malik beş aylıq körpələri beş saatlıq uğurlu əməliyyatdan sonra bir-birindən ayırmaq mümkün olub.

Klinikadan bildirilib ki, bundan sonra siam cütlüyünün böyümə prosesi normal şəkildə gedəcək. Cərrahiyyə əməliyyatını aparan qrupda müxtəlif tibbi biliyə malik iyirmi həkim yer alıb. Əməliyyatın xərci 81 min avro təşkil edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm