Sağlamlıq
Yatmazdan əvvəl bunları edin ki...
Havalar sərinləşdikcə yuxudan doymaq çətinləşir. Yuxusuz qalmaq istəmirsinizsə, tez yatın. Yox əgər, nəinki tez, ümumiyyətlə yata bilmirsinizsə, bəzi proseduraları yerinə yetirməklə yuxuya getməyinizi asanlaşdıra bilərsiniz.
Publika.az yatmazdan öncə əvvəlcə efir yağları ilə vanna qəbul etməyi tövsiyə edir. Efir yağları arasında çobanyastığı və lavanda daha məsləhətdir. Bu prosedur bədəninizə rahatlıq gətirib, yorğunluğunuzu çıxaracaq. Qeyd edək ki, su nə çox isti, nə də çox soyuq olmalıdır. Yoxsa, əks nəticə göstərə bilər.
Vannadan sonra üzünüzü masaj edın. Bunun üçün xüsusi maska
köməyiniz olacaq: iki xörək qaşığı zeytun yağı, 1-2 damcı darçın
yağı, 2-3 damcı çobanyastığı yağı, 1-2 damcı adaçayı
(şalfey)yağı.
Masajı bu qaydada aparın:
Əlinizi alnınıza qoyub mərkəzdən kənarlara doğru hərəkət etdirin.
Göz ətrafınızı yumşaq əl hərəkətləri ilə ovuşdurun. Belə masaj
hərəkətləri nəinki immuniteti gücləndirir, hətta qırışlarla
mübarizədə də kömək edir.
Yatmazdan öncə otlardan dəmlənmiş çay için. Tərkibinə süd də qatın.
Bal, qənd, şəkər tozu məsləhət deyil.
Yatağa uzananda bir-iki dəfə dərindən nəfəs alın.
-
Magazin123:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK
-
MDB21:50
95 yaşlı diplomat öldü
-
Nida Xəbər 21:20
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi
-
Magazin120:59
Dilarə səhnə geyimi ilə gündəm oldu - VİDEO
-
Elm və təhsil20:40
Buraxılış imtahanının nəticələri açıqlandı