Ağızdakı yaraları sağaldan möcüzəvi bitki
Bizi izləyin

Sağlamlıq

Ağızdakı yaraları sağaldan möcüzəvi bitki

Biyan ən faydalı bitkilərdən biridir. Qədim zamanlardan bəri bu bitkinin kökündən geniş şəkildə istifadə edilib. Hazırda isə onlar müəyyən dərmanların tərkibinə vurulur, pivə və qazlı içkilərin bəzilərinin istehsalında istifadə edilir.

Biyanın kökü ilə yanaşı ondan əldə edilən bal da şəfa qaynağı hesab edilir və çox baha qiymətə satılır.

Publika.az biyan kökünün faydalarını və istifadə qaydalarını araşdırıb:

Biyan kökünün tərkibində qlükoza, nişasta, müxtəlif yağlar və digər maddələr var. Adətən, payız aylarında toplanaraq qurudulur.

Biyan kökü immunitet sistemini gücləndirir. Səsin telləri zəifləyəndə istifadə edilə bilər. Bəlğəmsökücüdür, öskürəyi kəsir. Temperaturu aşağı salır, qızdırmanın səbəb olduğu ağrıları aradan qaldırır. Sidikqovucudur. Mədə problemlərinə, xüsusilə də, qastritə qarşı təsirlidir. Qəbizliyi aradan qaldırır. Qaraciyər xəstəliklərinin müalicəsində köməkçi vasitə kimi istifadə edilir. Sızanaq, cizvə kimi problemləri aradan qaldırır. Sədəf xəstələri üçün faydalıdır. Mütəxəssislər ağzın içində yaranan yaralara qarşı biyan çayı ilə qarqara etməyi məsləhət görürlər. Böyrəküstü vəzin xəstəliklərinə qarşı istifadə edilə bilər. Hormon pozuqluğuna qarşı da çox faydalıdır. Payız və qış aylarında bir çox insanı narahat edən soyuqlama, qrip, bronxit kimi problemləri aradan qaldırır. Üst tənəffüs yollarının xəstəlikləri zamanı tövsiyə edilir. Biyan kökü dalaq üçün də faydalıdır. Orqanizmi toksinlərdən təmizləyir, mikrobları öldürür, antioksidant təsir göstərərək xərçəngdən qoruyur. Biyan kökü qadın xəstəliklərinə qarşı ən təsirli vasitələrdən biri hesab edilir. Menstruasiya və klimaks dövründə baş verən halsızlıq, yorğunluq, ağrı hissini aradan qaldırır. Araşdırmalar bu möcüzəvi bitkinin bağırsaq və döş xərçənginə qarşı təsirli olduğunu ortaya çıxarıb.

Bəs biyan kökünün bu faydalarından yararlanmaq üçün ondan necə istifadə etməliyik?

1. Bəlğəmi sökmək üçün gündə 3 dəfə biyan kökündən əldə edilən tozdan 1 qram udulmalıdır. Bala qarışdırıb udmaq olar.

2. Qastrit və digər mədə xəstəliklərinin müalicəsi üçün gündə 20-25 qram biyan kökü çiynənməlidir.

Yuxarıda sadaladığımız digər problemlər üçün isə biyan kökündən əldə edilən çay ən uyğun vasitədir.

3 stəkan suyun içərisinə 3 çay qaşığı rəndələnmiş biyan kökü əlavə edib 20 dəqiqə qaynadın. İlıq halda gündə 1-2 stəkan için. Çayı acqarnına və ya yeməklərdən 1 saat sonra içmək olar.

Sonda onu da qeyd edək ki, bu şəfalı bitkini həddən artıq istifadə etmək olmaz. Göstərilən istifadə qaydasına dəqiq əməl edilməlidir. Əks halda, ödəmə, təzyiqin yüksəlməsinə, orqanizmdən kaliumunun atılmasına səbəb ola bilər.

Hamilələrin və uşaq əmizdirən anaların, azyaşlı uşaqların, həmçinin qanazlığından əziyyət çəkənlərin biyan kökündən istifadə etmələri məsləhət deyil.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm