Gec yatanlar tez kökəlir
Bizi izləyin

Sağlamlıq

Gec yatanlar tez kökəlir

Bu günə qədər aparılan yüzlərlə elmi araşdırma göstərdi ki, tez yatıb erkən qalxanlar daha sağlam, xoşbəxt, şən və firavan ömür sürürlər.

Üstəlik, onların halsızlıq, yorğunluq, artıq çəki kimi problemlərə yaxalanma ehtimalları aşağı düşür. Mütəxəssislərin sözlərinə görə, tez yatıb, yuxudan tez qalxan insanlar daha az stres keçirirlər və demək olar ki depressiyaya düşmürlər.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, ABŞ-dakı Kaliforniya və Kolumbiya universitetlərinin alimlərinin apardığı yeni bir tədqiqatda da yeniyetmələrin yuxu saatları ilə bədən kütlə indeksləri, yəni çəkiləri arasında birbaşa əlaqə tapılıb. Araşdırma qrupunun rəhbəri Lauren Asarnov “Guardian” qəzetinə yeniyetmələrin gecə yuxusuz qaldığı hər saatın kökəlməyə səbəb olduğunu deyib.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm