Sağlamlıq
Dünya ulduzlarının saxladığı sadə pəhriz

Heyranlıqla baxdığımız məşhur simaların gözəllik mərasimlərindən söz düşəndə, hər kəs qeyri-standart bir şey eşitməyə ümid edir. Gəlin, bu mifi dağıdaq.
Publika.az ulduzların qidalanması barədə onların diyetoloqlarının açıqlamaları əsasında məlumat əldə edib.
Məşqçi və diyetoloqlar adi insanlarla ulduzların kökəlmə səbəbinin eyni problemlərdən qaynaqlandığını təsdiqləyiblər. Əgər siz də artıq çəkidən xilas olmaq istəyirsinizsə, aşağıdakı qaydalara riayət edin.
1. Qidalanma sxemi sadə olmalıdır. Ulduzlar da insandır və onlar da bizim kimi adi məhsullarla qidalanırlar. Əsas qaydalar: Gündə dörd dəfə yeyirik; Sonuncu yemək saatı 18:00 və ya 19:00 olmalıdır. Kifayət qədər su içməyi unutmayın.
2. Yemək saatını qaçırmayın! Meyvə və çərəzlərlə başınızı qatmayın. Bu məhsulların tərkibində təbii şəkər var. Şəkər isə piy ehtiyatlarının artmasına səbəb olur. 2-3 həftə meyvə sularından tamamilə imtina edin. Bu zaman sürətlə arıqlayacaq və nəticəyə özünüz də heyran qalacaqsınız. Konfet və peçenye kimi şirniyyatlardan imtina etməklə çəkini sabit saxlaya bilərsiniz. Çox bəsit səslənsə də, bu sadə qaydalar artıq çəkidən xilas olmağa kömək edəcək.
3. Ulduzların saxladığı sadə pəhriz menüsü
8:00-9:00 - 1 yumurta və ya omlet + 1 fincan qəhvə;
11:00-12:00 – təzə yerkökü, kərəviz və ya qreypfrut;
13:00-14:00 - qaynadılmış toyuq əti və ya buğda bişirilmiş yağsız balıq + salat, göyərti
17:00-18:00 - Tərəvəz xörəyi, qara çörək, yağsız kəsmik və ya qatıq.
Pəhrizi 2 həftə və ya 10 gün saxlasanız, qısa müddətdə arzuladığınız çəkiyə düşəcəksiniz. Yeri gəlmişkən onu da qeyd edək ki, səhhətinizdə hər hansı problem varsa, həkimlə məsləhətləşmədən bu pəhrizə əməl etməyin.
Aytən

-
Hadisə13:29
Səfər Mehdiyev YPX əməkdaşına nə dedi? - VİDEO
-
Sosial13:25
"Bu insidenti törədənlər CƏZALANDIRILACAQ" - Şeyx səfirliyə hücumdan danışdı - VİDEO
-
Dünya13:18
Yaponiya kömürlə işləyən İES-lərə YOX deməlidir! - BMT-nin baş katibi
-
Hadisə12:47
Saxtakar hərbçi ifşa olundu - RƏSMİ
-
Region12:01
Mövlud Çavuşoğlu Ermənistana xəbərdarlıq etdi
-
Sosial11:54
Şeyxülislam qan verdi
-
Nida Xəbər 11:48
Deputat "yamaqlı" Bakı-Quba YOLUNDAN yazdı: "Əminəm ki..."
-
Sosial11:21
Aşura günü qanvermə aksiyası keçirilir