Evdə hazırlanan sarımsaq çayı ilə qısa zamanda arıqla!
Bizi izləyin

Sağlamlıq

Evdə hazırlanan sarımsaq çayı ilə qısa zamanda arıqla!

Sarımsaq çayı bədəndə toplanan artıq yağları əridir, orqanizmdən toksinləri atır. Həzm sisteminə yaxşı təsir edir. Hollivud ulduzu Ancelina Colinin ən sevimli çayı olan sarımsaq çayını məşhur diyetoloq Əndər Saraç da tövsiyə edir.

Publika.az arıqlamaq istəyənlərə asan hazırlanan sarımsaq çayı reseptini təqdim edir:

Tərkibi:

Təzə zəncəfil (və ya toz zəncəfil)

Sarımsaq

Limon şirəsi

Bal

Hazırlanması:

2 stəkan qaynayan suyun içərisinə 4-5 ədəd zəncəfil (və ya 2 çay qaşığı toz zəncəfil) töküb təqribən 6 dəqiqə qaynadın. Daha sonra 2 ədəd böyük sarımsağı rəndələyib qarışığın içərisinə tökün. 1 çay qaşığı təzə sıxılmış limon şirəsi də əlavə edib ocağı söndürün, çay ilıq hala gələndən sonra 2 çay qaşığı balı əlavə edərək çaya dad verin.

Bu çaydan səhər və axşam bir fincan için. Sarımsaq çayını acqarına və yeməkdən dərhal sonra içmək məsləhət deyil. Yeməklərdən 1 saat sonra içsəniz, daha yaxşı təsir edər.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm