Sağlamlıq
Arı südünün faydaları

Arı südü göz, dəri, böyrək, immunitet və bir çox
problemlərin şəfa mənbəyidir.
Bu barədə Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir.
Tibbi və ətirli bitkilər üzrə mütəxəssis Sevil Gülsoy 5-10
günlük cavan işçi arıların udlaqüstü vəzilərindən ifraz olunan
maddənin quruluşunun südə bənzərliyindən arı südü adını aldığını
söyləyir.
Arı südünün ciddi bir qida qaynağı olduğunu qeyd edən Sevil
Gülsoy, südün tərkibində A, E, C, D və B qrupu vitaminlərinin
olduğunu bildirib.
Arı südünün tərkibində olan A vitamini göz, dəri və böyrək problemlərinə müsbət təsir göstərir, eyni zamanda antioksidantdır. C vitamini zəruri olaraq almalı olduğumuz vitaminlər sırasındadır. Bu vitaminin bədəndəki toxumalara möhkəmlik verən kollagenin istehsalında böyük rolu var.
D vitamini isə kalsiumun sümüklərdə yığılmasını təmin edir. E
vitamini sinir sisteminin, əzələlərin, endokrin vəzilərinin və
orqanların infeksiyaları üçün vacibdir. O həmçinin dərinin
elastikliyini artırır.
Arıların çalışqanlığı və zəkası ilə ortaya çıxan məhsulların
hamısının bir-birindən zəngin və faydalı olduğunu vurğulayan Sevil
Gülsoy, bu qədər üstün bir qida qaynağı olan arı südünün hər zaman
ən qiymətli qidalar içində yer alacağını söyləyib.
Rübabə

-
Qoroskop00:15
Günün ULDUZ FALI: çılğın etirazlarla qarşılaşa bilərsiniz
-
Dünya30 İyun 23:31
Zelenskidən Putinə məktub gətirdi: "Əməliyyatların tez bir zamanda..."
-
MDB30 İyun 22:48
Belarus bu ölkə vətəndaşları üçün viza rejimini LƏĞV ETDİ
-
Magazin130 İyun 22:00
Rəqsanənin qızı Aysunun toyundan son görüntülər - FOTO/ VİDEO
-
Sosial30 İyun 20:48
Vətən müharibəsi qazisinə toyunda mənzil hədiyyə edildi - VİDEO
-
Sosial30 İyun 20:36
Azərbaycanda boşanmalarla bağlı SON STATİSTİKA
-
Region30 İyun 20:00
Ərdoğan: "Sülhə yol açmaq üçün Putinlə daimi təmasdayam"
-
Dünya30 İyun 19:03
“Ukraynanın NATO-ya qəbulu mümkünə yaxın belə deyildi” - Conson