Sağlam və təhlükəsiz pəhriz: 14 gün ərzində ideal çəkiyə düşün
Bizi izləyin

Sağlamlıq

Sağlam və təhlükəsiz pəhriz: 14 gün ərzində ideal çəkiyə düşün

Qadınlar ideal bədən quruluşuna nail olmaq üçün müxtəlif pəhrizlərə əl atır. Lakin bəzi pəhrizlər onların sağlamlığına pis təsir edir. Sağlamlığa ziyan vurmadan uzunmüddətli effekti təhlükəsiz pəhrizlərin köməyi ilə əldə etmək olar.

Ona görə də Publika.az-ın sağlamlıq bölməsi 14 gün ərzində artıq çəkidən yaxa qurtarmağa kömək edən və sağlamlığına ziyan vurmayan pəhriz reseptini təqdim edib.

Özünüzə ziyan vurmadan arıqlamaq istəyirsinizsə, mütləq bu pəhrizi saxlayın.

1-ci gün: Gün ərzində 2-3 yumurta və meyvə-tərəvəz yemək olar. Amma meyvə və tərəvəz qeyri-məhdud sayda olmalıdır.

2-ci gün: yağsız xama ilə 500 qram kəsmik və 1 litr kefir.

3-cü gün: Meyvə və çiy tərəvəz qeyri-məhdud sayda, 1 litr kefir və 1 litr meyvə şirəsi.

4-cü gün: 500 qram toyuq filesi və ya balıq, 1 litr kefir.

5-ci gün: Qeyri-məhdud sayda meyvə və çiy tərəvəz.

6-cı gün: yağsız xama ilə 400-500 qram kəsmik, 1 litr kefir.

7-ci gün: Qeyri-məhdud sayda çiy meyvə və tərəvəz.

8-ci gün: Qeyri-məhdud sayda tərəvəz salatı, 300 qram toyuq, 1 yumurta.

9-cu gün: Meyvə qeyri-məhdud sayda, 150 qram mal əti, bitki yağıyla hazırlanmış pomidor və xiyar salatı.

10-cu gün: 150 qram balıq, 2 dilimi çovdar çörəyi, kefir, 1/2 litr bitki yağı ilə istənilən sayda olan pomidor və xiyar salatı.

11-ci gün: 2 yumurta, 150 qram qaynadılmış mal əti, 4 dilim çovdar çörəyi, tərəvəz salatı, 1/2 litr kefir.

12-ci gün: 1 litr kefir, qeyri-məhdud sayda meyvə və tərəvəz.

13-ci gün: Qeyri-məhdud sayda tərəvəzlər, 2 yumurta, 300 qram toyuq salatı.

14-cü gün: 4 qaynadılmış kartof, qeyri-məhdud sayda meyvə, 1 litr kefir.

Bu iki həftə ərzində pəhriz reseptinə mütləq mineral su və yaşıl çay daxil etmək lazımdır.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm