Az yeməklə mədə kiçilər?
Bizi izləyin

Sağlamlıq

Az yeməklə mədə kiçilər?

Arıqlayıb ideal çəkiyə sahib olmaq istəyənlər, adətən, az yeməyə çalışırlar. Çünki az yeməklə mədəni kiçiltməyin mümkün olduğunu düşünürlər. Hətta illərdir bəzi diyetoloqlar da bu fikri dəstəkləyirlər. Belə ki, onlar az yeyən insanın mədəsinin bir müddət sonra kiçiləcəyini və istəsə də, çox yeyə bilməyəcəyini, nəticədə arıqlayacağını iddia edirlər. Ancaq yeni aparılan araşdırmalar bu fikirlərin yanlış olduğunu göstərib.

“American Journal of Clinical Nutrition”da yayımlanan araşdırmanın nəticələrinə görə, az yeyərək mədəni kiçiltmək mümkün deyil.

Araşdırma zamanı köklükdən əziyyət çəkən xəstələrin 4 həftə ərzində gündə, sadəcə, 600 kalori qəbul etmələrinə icazə verilib. Ayın sonunda onların mədələrinin yalnız 27 faiz yığıldığı müşahidə edilib.

Alimlər bildiriblər ki, arıqlayarkən sağlamlığını təhlükəyə atmaq istəməyən hər bir insan gündə ən az 1200 kalori qəbul etməlidir. Yəni 600 kalori bu miqdarın yarısıdır. Buna baxmayaraq, mədənin kiçilməsinə səbəb olmur.

Alimlər onu da qeyd ediblər ki, mədə nə qədər kiçik olur-olsun, insan aclıq hissi ilə mübarizə aparmalı olacaq. Çünki iştahanı idarə edən leptin maddəsi mədəni kiçiltmək məqsədilə saxlanılan pəhrizlər zamanı daha da artır. Üstəlik, yeməyərək arıqlamağa çalışanlar pəhrizi pozduqları gündən etibarən sürətlə kökəlməyə başlayırlar.

Bir sözlə, mütəxəssislər arıqlamaq istəyənlərə gündəlik kalori ehtiyacını ödəməyi, idman etməyi və hərəkətli həyat tərzini seçməyi məsləhət görürlər.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm