Qaragiləli göz maskası
Bizi izləyin

Sağlamlıq

Qaragiləli göz maskası

Qaragilə ən zəngin antioksidant qaynaqlarından biridir. Qaragiləni, adətən, qatıqla birlikdə yeyirlər. Bunun orqanizmi toksinlərdən təmizlədiyi deyilir. Ancaq bu təbii möcüzədən gözəlliyinizin qayğısına qalmaq üçün də istifadə edə bilərsiniz. Çünki qaragilənin tərkibindəki antioksidantlar yaşlanmanın qarşısını alır, dəridəki qırışları azaldır, hüceyrələri bərpa edir.

Publika.az qaragilədən hazırlanan effektli göz maskasını təqdim edir:

Tərkibi:

Bir ovuc qaragilə (dondurucuda 30 dəqiqə qalıb soyumalıdır)

2 xörək qaşığı əzvay (aloe-vera) geli

Hazırlanması və tətbiqi:

Çəngəllə qaragilələri əzin. Üzərinə əzvay gelini əlavə edib qarışdırın. Əldə etdiyiniz maskanı adsız barmağınızla göz altına çəkin. 5 dəqiqə saxlayıb sonra maskanı ilıq su ilə təmizləyin.

Kağız salfetlə qurulayıb hər zaman istifadə etdiyiniz göz kreminizi çəkin.

Maskanın tərkibindəki qaragilə gözlərin ətrafındakı tünd halqaları yox edəcək. Gözaltı dərinin daha təravətli görünməsini təmin edəcək.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm