Yod çatışmazlığı hansı təhlükəli problemlərə səbəb olur?
Bizi izləyin

Sağlamlıq

Yod çatışmazlığı hansı təhlükəli problemlərə səbəb olur?

Yod orqanizmimizdə bir çox funksiyanın yerinə yetirilməsinə təsir edir. Odur ki, onun azlığı da, çoxluğu da sağlamlığımıza birbaşa təsir göstərir.

Görəsən, sağlam qalmaq üçün gündə nə qədər yoda ehtiyacımız var?

Bu sualın cavabını Publika.az-da tapacaqsınız.

Yod minerallarının böyük bir qismi qalxanvarı vəzdə toplanır və vəzin funksiyalarını tənzimləyir.

Qalxanvarı vəz zehni fəaliyyətə, uşaqlarda orqanizmin böyüməsinə və inkişafına, enerjinin bölüşdürülməsinə, çəkiyə, beyin və sinir sisteminə birbaşa təsir edir.

Yod çatışmazlığı

Kifayət qədər qəbul etmədikdə və ya sağlam qidalanmadıqda yod çatışmazlığı baş verir. Bu isə öz növbəsində bir çox təhlükəli sağlamlıq problemlərinə gətirib çıxarır. Yod çatışmazlığından ən çox ziyan görən qalxanvarı vəz olur. Vəz öz funksiyalarını yerinə yetirə bilmir. Beləliklə, zob, əqli zəiflik, sonsuzluq kimi problemlər yaranır.

Yod həddən artıq olduqda...

Yod çatışmazlığı kimi, onun orqanizmdə həddən artıq olması da təhlükəlidir. Yod çox olduqda da qalxanvarı vəzin funksiyaları pozulur. Bu da yuxarıda sadaladığımız problemlərə oxşar hallara gətirib çıxarır. Bundan əlavə, dəri allergiyası və sızanaqlar müşahidə edilə bilər.

Gündəlik yod ehtiyacı nə qədərdir?

Həkimlər bildirirlər ki, körpələr və 6 yaşa kimi uşaqlar gündə 90 mikroqram, 6-12 yaş arasında olanlar 120 mikroqram, gənclər və orta yaşlılar isə 150 mikroqram yod qəbul edə bilərlər. Hamilələrin və uşaq əmizdirən anaların isə yoda olan tələbatı artdığından onlar miqdarı gündə 200 mikroqrama qaldıra bilərlər.

Bunun üçün həftədə 2 gün dəniz məhsulları və toyuq əti, həftədə 4 ədəd yumurta, gündə 2 kibrit qutusu qədər ağ pendir yeməlidirlər. Balıq yağı və duzlu yoddan istifadə etməklə də yod çatışmazlığının qarşısını almaq olar.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm