Qaz və şişkinliyə qarşı razyana çayı
Bizi izləyin

Sağlamlıq

Qaz və şişkinliyə qarşı razyana çayı

Bəzən yediklərimiz, bəzən də soyuq hava ucbatından qarın və mədə bölgəsində şişkinlik hiss edirik.

Türkiyəli diyetoloq Pınar Kural qaz və şişkinliyə qarşı ən təsirli vasitənin razyana olduğunu bildirir.

Publika.az təcrübəli diyetoloqun məsləhətlərini təqdim edir:

Pınar Kuralın sözlərinə görə, payız və qış aylarında bu çaydan geniş şəkildə istifadə etmək lazımdır:

“Razyana çayının faydalarını saymaqla bitməz. Heç bir sağlamlıq probleminiz olmasa belə, gündə bir stəkan razyana çayı için. Çünki razyananın tərkibində B, C vitaminləri, həmçinin kalium, maqnezium, kalsium kimi minerallar var. Bunlar immuniteti gücləndirir”.

Diyetoloq razyana çayının qaza, şişikinliyə, həmçinin qəbzliyə qarşı faydalı olduğunu qeyd edir:

“Razyana çayı qəbizliyin qarşısını alır, qazı və şişkinliyi azaldaraq özünüzü rahat hiss etməyinizə səbəb olacaq. Hər yaş üçün uyğundur, həm uşaqlar, həm də böyüklər bu çaydan faydalana bilərlər”.

Razyananın faydalarının bununla bitmədiyini vurğulayan diyetoloq soyuqdəyməyə və öskürəyə qarşı razyanadan istifadə qaydalarını izah edib:

“Soyuqlamaya yaxşı təsir edir, öskürəyi kəsir, bəlğəmgətiricidir. Tənəffüs yolları ilə bağlı problemləri aradan qaldırır, eyni zamanda həzmi asanlaşdırır”.

Pınar Kural razyananı, xüsusilə də, körpə əmizdirən analara məsləhət görür:

“Uşaq əmizdirən analar razyana çayı içsinlər. Çünki bu çay ana südünü artırmaqla yanaşı, körpənin qaz problemini də azaldır”.

Diyetoloq onu da vurğulayır ki, öd kisəsi, böyrək və qara ciyərində problem olanlar razyana çayından istifadə etməməlidirlər.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm