Gözünüz tez-tez qaşınırsa...
Bizi izləyin

Sağlamlıq

Gözünüz tez-tez qaşınırsa...

Gün ərzində gözlərimiz toz və çirkin təsiri ilə qaşına bilər. Ancaq bu, hər gün təkrarlanır və intensiv xarakter alırsa, dərhal həkimə müraciət etmək lazımdır.

Publika.az xəbər verir ki, həkimlər gözlərdə qaşınmanı təhlükəli göz xəstəliyinin ilk əlaməti hesab edirlər. Məsələn, eynəkdən istifadə etməyinizə baxmayaraq, ətrafı bulanıq görürsünüzsə və tez-tez gözləriniz qaşınırsa, deməli, keratokonus xəstəliyi ehtimalı üzərində düşünməyə dəyər. Həmin xəstəlik, adətən, özünü 15-25 yaşlarında olan gənclərdə büruzə verir.

Gözlərinizdə qızartı, sulanma varsa, ilk tibbi yardım kimi, soyuq su ilə və ya qara çayla kompres edin. Daha sonra həkimə müraciət edib müalicəyə başlayın.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm