Bunları acqarına yeməyin!
Bizi izləyin

Sağlamlıq

Bunları acqarına yeməyin!

Bəzən yemək yeməyə vaxtımız olmur və aclığı aradan qaldırmaq üçün əlimizə keçən meyvə və ya şirniyyatı yeyirik. Lakin bəzi ərzaqların acqarına yeyilməsi çox təhlükəlidir.

Publika.az acqarına yedikdə səhhətə zərər verən həmin qidaları təqdim edir:

1. Şirniyyat

Şirniyyat qanda insulinin kəskin azalmasına səbəb olduğundan şəkər xəstəliyinə yaxalanmaq ehtimalını artırır.

2. Giləmeyvələr

Çiyələk, moruq kimi giləmeyvələr turşu və şəkərlə zəngin olduqları üçün mədədə qıcıqlanma yaradır. Belə qidaları bir qədər yulaf əzməsi və ya kəsmiklə yemək olar.

3. Hisə verilmiş kolbasa, sosis, həmçinin konservləşdirilmiş balıq

Bu qidaların tərkibindəki duz və konservantlar qara ciyər üçün təhlükəlidir.

4. Armud və xurma

Bu meyvələr liflə zəngin olsalar da, boş mədəni qıcıqlandıra bilərlər. Bu da köp və qazın yaranmasına səbəb olar.

5. Portağal şirəsi

Mədədə turşuluğu artırır, qastritə səbəb ola bilir.

6. Soğan və sarımsaq

Soğan və sarımsağın tərkibindəki yağlar mədəaltı vəzin iltihabına yol açır.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm