Arıqlamaq istəyirsinizsə, gül kələmi yeyin!
Bizi izləyin

Sağlamlıq

Arıqlamaq istəyirsinizsə, gül kələmi yeyin!

Gül kələm sağlamlıq üçün ən faydalı qidalardan biridir. Türkiyəli həkim Ayça Kaya da onun məhz yararlı xüsusiyyətlərindən danışıb.

Publika.az həkimin məsləhətlərini təqdim edir:

Doktor Ayça Kaya kökəlməyə meyilli olanlara həftənin 3 günü gül kələm yeməyi tövsiyə edir.

“Qış mövsümündə günlərin qısalması, havanın soyuması, eyni zamanda hərəkətsizlik də maddələr mübadiləsinin sürətini azaldır. Ona görə də insan daha tez kökəlir. Bunun qarışısını almaq üçün qidalanma rejimimizdə bir az dəyişiklik etməliyik. Qoxusuna və köp yaratdığına görə o qədər də sevilməyən gül kələminin faydalarından mümkün olduğu qədər çox yararlanmalıyıq”.

Həkimin sözlərinə görə, gül kələmi bel və qarın bölgəsindəki yağları əritmək üçün ən effektli qidadır:

“Bel və qarın bölgəsindəki piylərdən xilas olmaq istəyirsinizsə, həftədə ən az 3 gün gül kələmi yeyin. Liflə zəngin olduğu üçün mədəni doldurur və toxluq hissi yaradır. Süfrəyə oturan kimi əvvəlcə gül kələmindən hazırlanan salatı, xörəyi və ya şorbanı yeyin. Beləliklə, tez doyacaq, daha yemək istəməyəcəksiniz. Nəticədə az kalori alacaqsınız”.

Gül kələmin C vitamini və fol turşusu ilə zəngin olduğunu vurğulayan Ayça Kaya bu vitaminlə turşunun da arıqlamağa kömək etdiyini deyir:

“C vitamini və fol turşusu maddələr mübadiləsinin az da olsa, sürətlənməsinə kömək edir. O təkcə arıqlatmır, həm də sağlamlıq üçün olduqca faydalıdır. Gül kələmində kalium və indol‐3 adlı maddə var. Bunlar döş, mədə, yoğun bağırsaq xərçənginə qarşı qoruyucu funksiya daşıyır”.

Həkim deyir ki, gül kələmi həm də qan azlığı və təzyiq üçün faydalıdır:

“Dəmir mineralı ilə zəngin olan bu tərəvəz qan azlığına qarşı da təsirlidir. Halsızlığın və yorğunluğun qarşısını alır. Qan təzyiqini stabil saxlayır. Ürək-damar xəstəliklərinə yaxalanma riskini azaldır. Sümük və diş sağlamlığı üçün əhəmiyyətlidir.

Tərkibindəki antioksidantlar sayəsində hüceyrələri təmizləyir, immunitet sistemini gücləndirir”.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm