Soyuqdəymənin bir nömrəli düşməni
Bizi izləyin

Sağlamlıq

Soyuqdəymənin bir nömrəli düşməni

Son vaxtlar yayılan güclü qrip virusu onunla mübarizəni aktuallaşdırıb.

Loğman Sevil Gülsoy qış aylarında antibiotiklər əvəzinə bitkilərlə təbii müalicə üsullarını təklif edib. Onun sözlərinə görə, həkim məsləhəti olmadan antibiotiklərdən istifadə böyrək və qara ciyəri yorur. S.Gülsoy çıxış yolu olaraq zəncəfil, bal, portağal və darçını qarışdırıb qəbul etməyi məsləhət görüb. Onun fikrincə, bu yolla immunitet sistemini gücləndirib özünüzü xəstəliklərdən və soyuqdəymədən qoruya bilərsiniz.

Bunun üçün xəstələnməyinizi gözləməyin. Öncədən qəbul edin ki, bədəninizi qışa hazırlayasınız. Həmin qarışıq infeksiyalarla mübarizədə çox güclü düşməndir. Zəncəfil bitkisinin tərkibindəki E və B6 vitaminləri və "qinqerol" güclü iltihab önləyici maddədir. Bədən temperaturunu yüksəldərək təbii şəkildə tərləməni təmin edir. Portağaldakı C vitamini ilə darçının antiseptik xüsusiyyəti immun sistemini gücləndirib xəstəliklərdən qoruyacaq.

Yeməkdən əvvəl 1 qaşıq!

Gülsoy bildirib ki, yeməkdən əvvəl gündə 1 qaşıq toz zəncəfil, bal, portağal və darçın qarışığı yemək soyuqlama və avitaminoz xəstəliklərinin profilaktikası və müalicəsində əvəzolunmazdır. O, tonusu qaldırır, yorğunluğu aradan götürür və qan damarlarını möhkəmləndirir, bakteriyaları öldürür, immuniteti yüksəldir, orqanizmdən xolesterinin çıxmasına kömək edir, bağırsaqların işini normallaşdırır. Lakin şəkər xəstələrinə tövsiyə olunmur.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm