Dəfn mərasimində gülüş xəstəlik əlamətidir
Bizi izləyin

Sağlamlıq

Dəfn mərasimində gülüş xəstəlik əlamətidir

Britaniyalı alimlərin qənaətinə görə, yumor hissinin dəyişməsi insanlarda demensiya xəstəliyinin erkən simptomu ola bilər.

Publika.az BBC-yə istinadən xəbər verir ki, bu barədə "London College" universitetinin bir qrup əməkdaşlarının "Journal of Alzheimer's Disease" jurnalında dərc etdiyi məqalədə bəhs olunub.

Elmi qrup alın-gicgah demensiyası xəstəliyindən əziyyət çəkən 48 pasiyenti yoxlayıb. Həmin 48 pasiyentin dost və qohumlarından götürülmüş anketlərinin təhlili göstərdi ki, çoxları doğmalarına demensiya diaqnozu qoyulduqdan bir neçə il əvvəl onlarda yumor hissinin dəyişdiyini müşahidə ediblər. Həmin dəyişiklik əlamətlərindən biri faciəvi hadisələr zamanı yersiz gülüşdür.

Ekspertlərin sözlərinə görə, demensiya əlaməti kimi yumor hissinin necə və nə vaxt dəyişməsini anlamaq üçün daha çox araşdırma işi aparılmalıdır. Demensiyanın müxtəlif çoxsaylı formaları var, alın-gicgah demensiyası xəstəliyin ən nadir formalarından sayılır. Xəstəliyin bu növü inkişaf edən insanlarda emosiyalarına nəzarət mexanizmi kütləşir, onlar daha impulsiv olmaqla yanaşı sosial münasibətlər qurmaqda çətinlik çəkirlər.

Respondentlərin əksəriyyətinin bildirdiyinə görə, yaxınlarına demensiya diaqnozu qoyulana təxminən 9 il qalmış onların davranışında müəyyən dəyişiklik özünü göstərib. Pasiyentlərin çoxunda "qara yumor hissi" əmələ gəlib, faciəvi hadisələrin baş verməsi barədə xəbərlər onlarda gülüş doğurub. Eyni zamanda müəyyən olunub kı, demensiyası olan pasiyentlər sağlam həmyaşıdlarından fərqli olaraq satira əvəzinə farsa üstünlük veriblər.

Britaniyanın Şeffild şəhərinin sakini Lee Pearce anası 55 yaşına çatanda onun rəftarı və davranışında dəyişikliklər sezməyə başlayıb. Anasında "alın-gicgah demensiyası" diaqnozu müəyyən edildikdən hələ 4 il əvvəl, Pearce əvvəl o qayğıkeşliyi və ailəcanlığı ilə seçilən insanda getdikcə həmin hisslərin kütləşdiyini və dəyişdiyini müşahidə edib.

"O, ailəvi ad günlərinin tarixini yaddan çıxarmağa başladı, kiminsə qəzaya düşməsini, xəstələnməsini və ya işini itirməsini eşidəndə isə gülürdü. Bu, onun əvvəlki xasiyyətinə bənzəmirdi", - Pearce deyib.

Britaniyanın "Alzheimer's Research" institutundan doktor Simon Ridley hesab edir ki, demensiya ilk növbədə yaddaşsızlıqla əlaqələndirilsə də, müxtəlif simptomların öyrənilməsi və təhlili bu xəstəliyin vaxtında müəyən olunmasına və erkən profilaktik tədbirlərin görülməsinə imkan verə bilər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm