Nar qabığı ilə xərçəngdən qorun!
Bizi izləyin

Sağlamlıq

Nar qabığı ilə xərçəngdən qorun!

Qış meyvələri deyəndə ağlımıza ilk növbədə nar gəlir. Bu da təsadüfi deyil, çünki nar orqanizm üçün ən faydalı meyvələrdən biridir.

Publika.az nar qabığının istifadə qaydalarını təqdim edir:

Yeni aparılan araşdırmalar göstərib ki, narın qabığı özü qədər faydalıdır.

Nar qabığı antioksidantlarla zəngindir. Buna görə də, xolesterinin səviyyəsini aşağı salır, immunitet sistemini gücləndirir, orqanizmi xərçəngdən qoruyur.

Nar qabığı müxtəlif turşular ehtiva edir. Tədqiqatlar göstərib ki, nar qabığını qaynadıb suyunu içmək insanı sakitləşdirir, stressi azaldır, həmçinin, ishalı kəsir.

Narın qabıqlarını qurudub yaz-qış istifadə edə bilərsiniz.

Nar qabığından faydalanmaq istəyirsinizsə, aşağıdakı resepti sınaqdan keçirin:

Tərkibi:

Yarım stəkan qurudulmuş nar qabığı

Bir xörək qaşığı zirə toxumu

Yarım stəkan kefir

Bir az qaya duzu

Hazırlanması:

Nar qabıqlarını 30 dəqiqə isti suda saxlayın. Daha sonra digər məhsullarla birgə blenderdən keçirin.

Bu qarışıqdan ishala, mədə ağrısına qarşı istifadə edə bilərsiniz.

Bundan əlavə, gündə 2-3 stəkan nar qabığı çayı içməklə bir çox xəstəlikdən qorunmaq mümkündür.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm