Piyləri yandıran otlar haqqında bilmədikləriniz
Bizi izləyin

Sağlamlıq

Piyləri yandıran otlar haqqında bilmədikləriniz

Otlar bütün dövrlərdə, o cümlədən, kosmetoloji baxımdan bir çox sağlamlıq və dəri problemlərinin həllində məlhəm rolunu oynayıb. Belə ki, onlar immuniteti dəstəkləyir, həmçinin, dəri problemlərini həll edir. Bundan başqa, otlar arıqlamağa kömək edir.

Əlbəttə, onu da qeyd etmək lazımdır ki, qidalanma sxemində heç bir dəyişiklik etmədən, idmanla məşğul olmadan otların möcüzəli təsirini gözləmək lazım deyil.

Publika.az-ın sağlamlıq bölməsi bu yazıda hansı otların arıqlamağa yardımçı olduğundan bəhs edir.

Arıqlamağa kömək edən otlar bir neçə kateqoriyaya bölünür. Bəziləri iştahanı (gülxətmi, günəbaxan, kətan toxumu) azaldır. Digərləri maddələr mübadiləsini gücləndirir: Sənna otu, çobanyastığı, yaşıl çay və.s.

Üçüncü kateqoriyaya maddələr mübadiləsini qaydaya salan otlar daxildir: Ağcaqayın yarpaqları, gicitkən.

Qeyd etmək lazımdır ki, otları dəqiq sistem olmadan, şüursuz şəkildə qəbul etmək olmaz. Arıqlamaq üçün hər hansı otun çayını qəbul etməzdən qabaq onun əks göstərişləri olub-olmadığını yoxlamaq lazımdır.

Əgər siz otların köməyilə arıqlamaq istəyirsinizsə, o halda, həkimlə məsləhətləşin.

İstənilən nəticəni əldə etmək üçün otlardan, adətən, 40 günə qədər istifadə etmək tövsiyə olunur. Daha sonra bir neçə ay fasilə etmək lazımdır. Onu da unutmayın ki, bitkilərlə arıqlamaq ən düzgün üsuldur. Lakin bu proses bir qədər ləng gedir.

Arıqlamaq üçün hər gün təzə bitki çayı hazırlayıb 2 stəkan içmək lazımdır. Bu məqsədlə termos lap yerinə düşər. Dünəndən qalmış bitki cövhəri öz faydalı xüsusiyyətlərini itirdiyi üçün istənilən nəticəni vermir.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm