• USD 1,7000 0,00% EUR 2,0271 0,00%
    • GBP 2,2728 0,00% RUB 0,0225 0,00%

Yataq otağı hansı temperaturda olmalıdır?

Yataq otağı hansı temperaturda olmalıdır?

Mütəxəssislər bildirir ki, yataq otağının temperaturu yuxunun keyfiyyətinə təsir edir. Görəsən, sağlamlığımız üçün soyuq, yoxsa isti otaqda yatmaq daha faydalıdır?

Sualın cavabını Publika.az-da tapacaqsınız.

Müasir dövrün ən böyük problemlərindən biri də yuxusuzluqdur. Kimisi yuxuya gedə bilməməkdən, kimisi də yuxudan oyananda özünü yoğrun hiss etməkdən şikayət edir.

Bu problemlərdən xilas olmaq üçün yataq otağının temperaturuna fikir verməlisiniz.

Alimlər bildirirlər ki, isti otaqda yatmaqla soyuq otaqda yuxuya getmək arasında böyük fərq var.

Yuxuya gedərkən ürək döyüntüsü zəifləyir, daha asta nəfəs alıb-veririk, bədən enerjidən az istifadə edir. Əgər hər hansı səbəbdən ürək döyüntüsü artsa və ya nəfəs alıb-verərkən çətinlik çəksək, yuxu yarımçıq qalacaq.

Həkimlər yataq otağının temperaturunun 14‐18 dərəcə olmasını tövsiyə edir. Rütubətlilik isə 40‐50 faiz ola bilər.

Həddən artıq isti olan otaqda yuxu keyfiyyəti aşağı düşür. Sərin otaqda yatmağın isə aşağıdakı faydaları var:

*Şəkər xəstəliyi riskini aşağı salır.

*Maddələr mübadiləsini sürətləndirir.

*Orqanizmin kalori xərcləməsinə səbəb olduğu üçün arıqladır.

Ləman Sultan

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR