Şəkər xəstələrinə xəbərdarlıq!
Bizi izləyin

Sağlamlıq

Şəkər xəstələrinə xəbərdarlıq!

Narşərabı sevməyən insan yoxdur. Xüsusilə, balıq yeməklərinə yaraşan bu sous təəssüf ki, sağlamlıq üçün təhlükəli ola bilər. Tanınmış türkiyəli diyetoloq İşın Sayın narşərabın zərərlərindən danışıb.

Publika.az diyetoloqun məsləhətlərini təqdim edir:

Diyetoloq bildirir ki, marketlərdən alınan narşərablardan uzaq durmaq lazımdır:

“Narşərabı ev şəraitində hazırlamaq lazımdır. Mağazadan alınan narşərab sağlamlıq üçün faydalı deyil. Əksinə, tərkibində bir çox kimyəvi maddə olduğu üçün orqanizm üçün zərərli ola bilər.

Satışda 2 növ - adi narşərab və narşərab sousu var. Narşərab sousunu tövsiyə etmirəm. Belə sousun dadı şirintəhər olur, halbuki, təbii narşərab çox turşməzə olmalıdır".

Diyetoloqun sözlərinə görə, istər ev şəraitində, istərsə də, marketlərdən alınan narşərab şəkər xəstələri üçün təhlükəlidir:

“Şəkər xəstəliyindən əziyyət çəkirsinizsə və ya ailənizdə şəkər xəstəliyinə meyllilik varsa, narşərabdan istifadə etməyin. Çünki narşərab iştahanı açmaqla yanaşı, şirin qidalara olan ehtiyacı da artırır. Bu da şəkər xəstələrinin pəhrizə əməl etmələrinə mane olur. Həmçinin, köklükdən əziyyət çəkənlərə, ürək-damar xəstələrinə də narşərabdan uzaq durmağı məsləhət görürəm”.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm