• USD 1,7000 0,00% EUR 2,0182 -0,12%
    • GBP 2,2637 +0,29% RUB 0,0223 +0,45%

Kartof qabığının da faydalı olduğunu bilirdiniz?

Kartof qabığının da faydalı olduğunu bilirdiniz?

Kartofun faydaları haqqında bir neçə dəfə məlumat vermişik. Bu yazıda isə kartof qabığının nə kimi faydalı xüsusiyyətləri olduğundan bəhs etmişik.

Kartof qabığının faydalarından biri də tərkibindəki kaliumdur. O, bədənin kalium ehtiyacını ödəyir,maddələr mübadiləsini sürətləndirir, qəbul etdiyimiz qidanın enerjiyə çevrilməsini təmin edir.

Kartof qabığı ən mühüm minerallardan sayılan dəmirlə də boldur. Dəmirin əsas funksiyası qırmızı qan hüceyrə istehsalını dəstəkləməkdir.

Publika.az xəbər verir ki, Linus Paulinq İnstitutunun apardığı araşdırma 4 ədəd kartofun qabığında 4,9 mq. dəmir olduğunu təsdiq edib. Bu, 51 yaşından yuxarı olan qadınların gündəlik dəmir ehtiyacının 61 faizini, 50 yaşından aşağı olan qadınların ehtiyacının isə 27 faizi deməkdir.

Kartof qabığı sağlamlıq üçün olduqca əhəmiyyətli olan B3 vitamini ilə zəngindir. Kalium olduğu kimi, B3 də qidaların enerjiyə çevrilməsini təmin edir, eyni zamanda hüceyrələri fizioloji stressdən azad edir.

Kartof qabığında həzmi asanlaşdıran lif də var. Lifli qidalar yemək qəbizliyin qarşısını alır, bağırsaq xərçəngi, ürək xəstəliyi və şəkər xəstəliklərinə yaxalanma riskini azaldır.

Sankt-peterburqda Luis Vaşinqton Universitetində qidalanma direktoru Koni Diekman lifli qidaların qanda şəkərin səviyyəsini tənzimlədiyini, orqanizmi lazımsız kaloridən qoruduğunu bildirir. 50 yaşına qədər gündəlik ehtiyacımız olan lif miqdarı kişilərdə 38 qramdırsa, qadınlarda 25 qramdır.

Aytən

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR