• USD 1,7000 0,00% EUR 2,0271 0,00%
    • GBP 2,2728 0,00% RUB 0,0225 0,00%

Pəhriz saxlayanlar bu meyvələrdən uzaq dursun! – SİYAHI

Pəhriz saxlayanlar bu meyvələrdən uzaq dursun! – SİYAHI

Meyvə sağlamlıq üçün faydalıdır, ancaq bir çox insanın zənn etdiyindən fərqli olaraq, arıqlamağa yardım etmir. Hətta mütəxəssislər bəzi meyvələrin insanı kökəltdiyini iddia edir. Bu səbəbdən, pəhriz saxlayarkən bəzi meyvələrdən uzaq durmağınız məsləhət görülür.

Publika.az həmin meyvələrin siyahısını təqdim edir:

Manqo:

Çox dadlı və faydalı olmasına baxmayaraq, digər meyvələrdən daha çox şəkər ehtiva etdiyi üçün pəhriz zamanı tövsiyə olunmur.

Ananas:

Ananas həm sağlam, həm də gözəl qalmaq istəyənlərin ən sevimli meyvəsidir. Normal qidalanma rejimində həftədə 3 dəfə ananas yemək lazımdır. Ancaq tərkibi şəkərlə zəngin olduğu üçün onu pəhriz zamanı yeməməyiniz məsləhətdir.

Qurudulmuş meyvələr:

Qurudulmuş meyvələr çox kalorili olurlar. Odur ki, pəhriz müddətində bu qidaları menyunuzdan çıxarın.

Avokado:

Avokado həddən artıq yağlı meyvədir. Düzdür, onun tərkibindəki yağlar orqanizm üçün faydalıdır. Lakin pəhriz zamanı avokado yesəniz, istədiyiniz nəticəni əldə edə bilməyəcəksiniz.

Meyvə şirəsi:

Gündəlik vitamin və mineral ehtiyacını qarşılamaq üçün müxtəlif meyvələrin şirələrini qarışdırıb içmək çox faydalı olsa da, pəhriz vaxtı bunu etməyiniz tövsiyə olunmur. Çünki meyvə şirəsinin tərkibindəki şəkərin miqdarı çox yüksəkdir.

Ləman Sultan

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR