Burnunuz axır? - Səbəbi və çarəsi
Bizi izləyin

Sağlamlıq

Burnunuz axır? - Səbəbi və çarəsi

Burun yalnız qrip olanda axmır. Allergiya, orqanizmin müxtəlif qidalara qarşı həssaslığı, havanın temperaturunun kəskin şəkildə dəyişməsi və s. səbəblər də burnun axmağına səbəb olur.

Bunun qarşısını almaq üçün Publika.az-ın təqdim etdiyi məsləhətlərə əməl edin!

Təzyiq

Sıra ilə burnun hər iki tərəfini barmağınızla sıxın. Bunu 10 dəfə təkrarlayın. Bu, nəinki burnun axmağını dayandırır, baş ağrısını da sakitləşdirir.

İlıq su ilə kompres

Dəsmalı ilıq su ilə isladıb üzünüzə qoyun. Bu, burun kanallarının açılmasına kömək edəcək.

Burnu yuyub təmizləmək

Duz və soda əlavə edilmiş suyu şprisə doldurub burnunuzun içinə püskürdün. Burnu təmizləmək qanaxma ilə nəticələnə bilər. Bunun qarşısını almaq üçün suyun içərisinə duz və soda ilə yanaşı bir az qliserin də əlavə etmək olar.

Buxar

Burun kanallarını açmağın ən yaxşı vasitələrindən biri də buxardır. Böyük bir qazanda su qaynadın. Başınızı əyib üzünüzü buxara tutun.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm