Gənc qızın dramı: Yalnız gecələr küçəyə çıxa bilir - FOTOLAR
Bizi izləyin

Sağlamlıq

Gənc qızın dramı: Yalnız gecələr küçəyə çıxa bilir - FOTOLAR

23 yaşlı Andrea Monroy adlı qız anadangəlmə çox ağır dəri xəstəliyindən əziyyət çəkir. Publika.az xarici mətbuata istinadən xəbər verir ki, 23 yaşlı gənc qız dəri xərçəngi səbəbilə yalnız gecələr küçəyə çıxa bilir.

Dərisi günəşin ultrabənövşəyi şüalarına çox həssas olan Andrea 23 ildir ki, bu çarəsiz xəstəlikdən xilas ola bilmir. Xəstəliyin əlamətləri qızda özünü 2 yaşından etibarən göstərməyə başlayıb. Qız 25 dəfə əməliyyat olunsa da, xərçəng hüceyrələri yenidən inkişaf edir.

Gün işığı qızın dərisinə mənfi təsir etdiyi üçün qız ancaq gecələr küçəyə çıxa bilir. 2 yaşından bəri gündüz küçəyə çıxmayan Andrea gecələr küçəyə çıxarkən qalın və işıq keçirməyən qoruyucu geyimlər geymək, başına da üzünü tamamilə örtən, sadəcə gözləri açıq qalan papaq taxmaq məcburiyyətində qalır.

Gündən qorunmasına baxmayaraq, həkimlər qızın nə qədər yaşayacağını dəqiq bilmirlər.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm