İnfarkt keçirəcəyinizi 1 ay öncədən anlaya bilərsiniz
Bizi izləyin

Sağlamlıq

İnfarkt keçirəcəyinizi 1 ay öncədən anlaya bilərsiniz

Həkimlər bildirir ki, hər insan infarkt keçirəcəyini 1 ay öncədən müəyyənləşdirə bilər. Bu isə ölüm hallarının qarşısını almaq üçün çox önəmlidir. Bəs, infarkt riskinin artdığını necə müəyyənləşdirmək olar?

Publika.az infarktdan bir ay əvvəl hiss edilən simptomları təqdim edir:

*Halsızlıq

Arteriyalar daraldıqda ürəyə daha az qan gedir. Bu isə ürəyin işini çətinləşdirir. Ürək daha çox işləməyə məcbur olduğu üçün insanda halsızlıq və yorğunluq müşahidə edilir.

*Nəfəs çatışmazlığı

Ürəyə qan az gedirsə, deməli, ciyərlərə gedən oksigen miqdarı da azalacaq. Bu isə nəfəs darlığına gətirib çıxaracaq.

*Arıqlamaq

Arteriyalar daraldığı üçün qan dövranı zəifləyir. Bu isə əzələlərin və orqanların kifayət qədər qidalana bilməməsinə səbəb olur. Ona görə də, səbəbsiz yerə arıqlamaq infarkt riskinin artdığını göstərə bilər.

*Baş hərlənməsi və soyuq tər

Qan dövranının sürəti zəifləyəndə beynə daha az qan gedir. Bu halda baş hərlənməsi və alında soyuq tər müşahidə olunur.

*Sinədə ağrı və ya təzyiq

Sinədə ağrı və ya həmin hissədə təzyiq hiss etmək infarkt əlamətlərindən biridir. Bu əlamətlərlə üzləşdikdə dərhal həkimə müraciət etməli və müayinədən keçməlisiniz.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm