Mütəxəssislər xəbərdarlıq edir: 1 milyard insan kor olacaq!
Bizi izləyin

Sağlamlıq

Mütəxəssislər xəbərdarlıq edir: 1 milyard insan kor olacaq!

Aparılan araşdırmalara görə, 2050-ci ilə qədər dünya əhalisinin yarısı (təxminən 5 milyard) görmə qabiliyyətini itirəcək. Hazırda dünyada 2 milyarddan çox insan yaxını görmür.

Publika.az xəbər verir ki, türkiyəli göz həkimi Özər Kavalcıoğlu 50-ci ilə qədər təxminən 1 milyard insanın korluq riski ilə qarşılaşacağını deyib. Onun sözlərinə görə, yaxını görmə problemi əvvəllər, adətən, yaşlı insanlarda rast gəlinirdi:

“Lakin statistika göstərir ki, bu problem son 30 ildə yeniyetmələr arasında geniş yayılıb. Hazırda lazer texnologiyaları ilə aradan qaldırmaq mümkün olsa da, bu mühüm problemin yaranmaması, göz sağlamlığının qorunması üçün qabaqlayıcı tədbirlər önəmlidir. Bu, məktəblərdə maarifləndirmə yolu və ya səhiyyə təşkilatlarının dəstəyi ilə həyata keçirilməlidir. Əsas məsələ, uşaqlara hələ kiçik yaşından görmə qabiliyyətini qorumağı öyrətməkdir”.

Özər Kavalcıoğlu sensorlu telefon, planşet və kompüter kimi müasir texnologiyaların görmə qabiliyyətini zəiflətdiyini deyib:

“Elektron cihazlardan yayılan yüksək enerji və ya mavi şüalar gözlərə birbaşa təsir göstərir. Valideynlər uşaqlarını hər gün ən azı iki saat təmiz havada, gün işığında vaxt keçirmələri üçün təşviq etməlidir. Çünki təbii işıqlar gözlərimiz üçün çox faydalıdır. Bundan başqa, uşaqların planşet, mobil telefon, elektron oyunlar, televiziya və digər cihazlardan istifadə etməsinə məhduyiyyət qoyulmalıdır”.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm