Qəribə xəstəlik - bu qadının hamiləliyə allergiyası var
Bizi izləyin

Sağlamlıq

Qəribə xəstəlik - bu qadının hamiləliyə allergiyası var

İngiltərədə yaşayan Fiona Kerrigan adlı qadının hamiləliyə allergiyası var.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, o, bu xəstəliyi barədə 3 aylıq hamilə olarkən xəbər tutub.

Qadının əvvəlcə qarın nahiyəsində yaranan qırmızı ləkələr daha sonra bədəninin digər yerlərinə də yayılıb. Onu ən çox narahat edən isə bu ləkələrin övladına zərər verməsi və doğumdan sonra izlərin qalıb-qalmayacağı olub. Həkimi onu qorxutmamaq üçün təhlükəli bir şey olmadığını, hər şeyin qaydasında olduğunu deyib. Sonradan isə qadın hamiləliyə allergiyasının olduğunu öyrənib.

F.Kerrigenin övladı dünyaya gəlib və səhhətində heç bir problem yoxdur.

Qeyd edək ki, bu cür allergiyalar bəzi hamiləliklərin son aylarında müşahidə edilir. Lakin nadir hallarda bu allergiya ilk aylardan başlayır.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm