Hansı çörək nəyə faydalıdır?
Bizi izləyin

Sağlamlıq

Hansı çörək nəyə faydalıdır?

Dünyada ən çox istifadə edilən qida çörəkdir.

Yüz illərdir ki, dünyada ən çox istifadə edilən qida çörəkdir. Odur ki, çörəyin çoxlu çeşidləri var. Ancaq son illər diyetoloqlar çörəyin kökəlməyə səbəb olduğunu dediklərindən, ondan imtina edənlərin sayı artmağa başlayıb. Lakin həkimlər bildirirlər ki, çörək nəinki kökəltmir, əksinə, sağlamlıq üçün faydalıdır.

Bəs hansı çörək növü daha faydalıdır?

Publika.az bu sualın cavabını araşdırıb:

Çovdar çörəyi

Digər çörək növləri ilə müqayisədə daha az karbohidrat ethiva edir. Tərkibində yüksək miqdarda zülal var. İnsanı uzun müddət tox saxlayır və enerji verir. Ona görə də arıqlamağa kömək edir.

Bütöv dənli buğdadan hazırlanan çörək

Belə çörək keyfiyyətli lif qaynağı hesab edilir. Həzmi yavaşladaraq bədəni uzun müddət enerji ilə təmin edir. Həmçinin qandakı şəkərin miqdarını sabit saxlayır. Vitamin və minerallarla zəngindir.

Kəpəkli çörək

Tərkibində bol miqdarda vitamin və zülal var. Bağırsaqların işini asanlaşdırır. Bağırsaq xərçənginə yaxalanmaq riskini azaldır. Ehtiva etdiyi lif sayəsində həzmə kömək edir.

Ağ çörək

Bütün həkimlər deyirlər ki, sağlam qalmaq üçün əsas qayda 3 ağ qidadan uzaq durmaqdır. Bunlar - şəkər tozu, duz və əla növ undur. Əla növ unda qida maddələri və vitamin dəyəri az olur. Belə çörəyin tərkibində qlüten, nişasta və şəkər olduğu üçün sağlamlığa zərərlidir.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm