Maddələr mübadiləsini sürətləndirən qış içkiləri
Bizi izləyin

Sağlamlıq

Maddələr mübadiləsini sürətləndirən qış içkiləri

Qış aylarında həm xəstəliklərin qarşısını almaq, həm də maddələr mübadiləsini sürətləndirmək üçün ən yaxşı vasitə isti içkilərdir. Ancaq söhbət ədviyyatlardan hazırlanan içkilərdən gedir.

Publika.az dadlı olmaqla yanaşı, faydalı olan iki möhtəşəm resepti təqdim edir:

Sarıköklü qızıl süd

Tərkibi:

2 stəkan badam südü

Yarım stəkan kokos südü

2 xörək qaşığı bal

1 çay qaşığı sarıkök

Yarım çay qaşığı zəncəfil

Yarım çay qaşığı darçın

Hazırlanması:

Bütün məhsulları qarışdırıb blenderdən keçirin. Daha sonra qarışığı qəhvədana töküb ocağın üzərinə qoyun. İçki qaynamamalı, sadəcə, sizin içə biləcəyiniz qədər isti hala gəlməlidir.

Qeyd edək ki,diyetoloqların “qızıl süd” adlandırdığı bu isti içki yalnız maddələr mübadiləsini sürətləndirmir, o cümlədən, sarıkökün tərkibindəki kurkumin maddəsi sayəsində, qış aylarında müşahidə edilən revmatizm ağrılarına da yaxşı təsir edir.

Qeyd edək ki, "qızıl süd" adlandırılmasının səbəbi içkinin rənginin sarı olması ilə əlaqədardır.

Darçınlı alma

Tərkibi:

1 stəkan alma şirəsi

1 çubuq darçın

Hazırlanması:

Alma şirəsini qaynadın. Daha sonra stəkanlara süzüb içinə çubuq darçını yerləşdirin.

C Vitamini, dəmir və lif mənbəyi olan alma şirəsi xolesterinin səviyyəsini aşağı salır. Darçın isə qandakı şəkərin miqdarını tənzimləyir.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm