• USD 1,7000 0,00% EUR 1,8782 0,00%
    • GBP 2,1781 0,00% RUB 0,0267 0,00%

Arıqlamaq istəyənlər üçün

Arıqlamaq istəyənlər üçün

Kaktus bitkisini çoxumuz sevirik. Bu bitkini həm evimizdə, həm də ictimai yerlərdə bəzək kimi istifadə edirik.

Publika.az xəbər verir ki, kaktus ancaq bəzək funksiyasını yerinə yetirmir. Bu bitkinin sağlamlığa 7 faydasını təqdim edirik:

Xolesterini aşağı salır

Vyana Universiteti tərəfindən aparılan araşdırmalar nəticəsində, kaktusun yarpaqlarının xolesterini aşağı saldığı aşkar edilib. Fransada aparılan başqa tədqiqatda isə kaktusun təsirləri 4 həftə ərzində 68 qadın üzərində sınaqdan keçirilib. Nəticədə, onun bədəndəki xolesterin və triqliserid səviyyəsini aşağı saldığı məlum olub. Kaktusun ürək xəstəlikləri riskini azaltdığı da məlumdur.

Diabetə yaxşı təsir edir

Kaktus yarpaqlarının qandakı şəkər miqdarını azaldaraq köklük və diabetdən qoruduğu bildirilir.

Həzmi yaxşılaşdırır

Kaktus yemək həzmə yaxşı təsir edir. Kaktus bağırsaq hərəkətlərini sürətləndirir, bədəndəki şişi azaldır, ən əsası, sellülitə qarşı təsirlidir.

Kaktus yarpağı xərçənglə mübarizə aparır

Antioksidant təsirə malik olan kaktus yarpaqları hüceyrələrə təsir edən və xərçəngə səbəb olan sərbəst radikalları məhv edir.

Arıqlamağa kömək edir

Az kalorili qida olduğu üçün arıqlamaq istəyənlər kaktus yarpaqlarından istifadə edə bilər.

Beyin hüceyrələrini qoruyur

Kaktus meyvəsində və köklərində beyindəki neyronları qoruyan maddə var.

İltihabı azaldır

İltihab təmizləyici və ağrıkəsici xüsusiyyəti sayəsində, bağırsaq və damar yolundakı yanma hissini azaldır.

Necə yeyilir?

Kaktusu yemək üçün əvvəlcə iynələri yaxşıca təmizlənir. Vitamin və mineral baxımdan zəngin olan kaktusun yarpaqları, xüsusilə, Latın Amerikasında salatlara əlavə olunaraq yeyilir. Siz də onun yarpağını salatlara əlavə edə bilər və ya zeytun yağında bişirib yeyə bilərsiniz. Həmçinin, yumurta və pendir omletinin içinə bir-iki dilim kaktus yarpağı əlavə etmək olar.

Aytən

Xəbər lenti

DAHA ÇOX XƏBƏR